ABŞ inflyasiyadan xilas olmaq istəyir – Faiz dərəcələri artırıldı – Özəl

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) əsas faiz dərəcəsini faiz bəndinin dörddə biri qədər artırıb.

Aktualtv.az “Forbes” nəşrinə istinadən xəbər verir ki, bununla da, federal fondların hədəf dərəcəsi 5.0% – 5.25% aralığına yüksəlib. Bu, Fed-in 2022-ci ilin martında sərtləşdirmə siyasətinə başladığından bəri ardıcıl onuncu faiz artımı deməkdir. Mərkəzi Bank artıq 14 aydır ki, misli görünməmiş monetar sərtləşdirməyə gedir. Buna səbəb də, ötən il qeydə alınmış son 40 ilin ən yüksək inflyasiya səviyyəsini aşağı salmaqdır.

Bu addım isə bazar iştirakçılarını təccübləndirməyib. “Moody’s Analytics”in direktoru Martin Vurm Anadolu agentliyinə verdiyi müsahibədə də bu addımın gözlənildiyini vurğulayıb. O, həmçinin, bildirib ki, FED il sonuna qədər heç bir artıma getməyəcək və 2024-cü ilin əvvəlində faizləri azaltmağa başlayacaq.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]