“Kremlə hücumu Rusiya özü təşkil edib” – AÇIQLAMA – Özəl

“Kremlə hücumu Rusiya özü təşkil edib”.

Aktualtv.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi açıqlamasında deyib.

Onun sözlərinə görə, Kremlə hücum Ukraynaya nə isə qazandırmır: “Üstəlik, hər kəs bilir ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə qalmır. Yəni Kiyevin bu addımdan qazanacağı bir şey yoxdur”.

Nazirlik rəsmisi bildirib ki, Rusiyanın belə bir hücumu həyata keçirmək üçün daha çox motivləri var idi: “Rusiya bu yolla sosial birliyi təmin edir və daha təhlükəli bombardmanlara şərait yaradır”.

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]