Silahlı hücumdan sonra minlərlə insan küçələrə axışıb – Özəl

Belqradda ötən həftə iki silahlı hücumdan sonra minlərlə insan küçələrə axışıb.

Aktualtv.az xəbər verir ki, müxalifətin çağırışı ilə “Serbiya zorakılığa qarşı” şüarı ilə təşkil edilən aksiyada 50 mindən çox insan iştirak edib.

Ümumilikdə 17 nəfərin həyatını itirdiyi kütləvi hücumlarda məsul şəxslərin daxili işlər naziri Bratislav Qasiç və Təhlükəsizlik İdarəsinin rəhbəri Aleksandr Vulin olduğuna işarə edən nümayişçilər adı çəkilən şəxsləri istefaya çağırıblar.

Belqraddan başqa Novi Sad şəhərində də “Hər şey dayanmalıdır” şüarı ilə nümayiş keçirilib:

“Biz daxili işlər naziri Bratislav Qasiç, təhsil naziri Branko Ruziç və Kəşfiyyat İdarəsinin rəisi Aleksandar Vulinin istefaya göndərilməsini tələb edirik. Parlamentin tezliklə Serbiya hökumətinin istefası və ümumi təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün iclas keçirməsini tələb edirik”.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]