Ərdoğan gərgin vəziyyətlə bağlı vasitəçilik təklif edib – Özəl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanın suverenlik şurasının sədri general Əbdül Fəttah Əbdürrəhman əl-Burhanla telefonla danışıb.

Aktualtv.az xəbər verir ki, Türkiyə dövlət başçısının mətbuat xidmətindən bildirilib ki, telefon danışığı zamanı Sudandakı vəziyyət müzakirə olunub.

Ərdoğan ölkədəki vəziyyətdən narahatlığını bildirib və müzakirələr üçün ev sahibliyinə hazır olduğunu deyib. Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi Sudan xalqının humanitar ehtiyaclarını təmin etmək məqsədilə BMT ilə birlikdə işləməyə davam edəcək. Müzakirələr zamanı həmçinin Sudandakı Türkiyə vətəndaşlarının təxliyəsi və onların təhlükəsizliyi məsələsi müzakirə olunub.

Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Toqquşmalar nəticəsində indiyədək 600-ə yaxın adam ölüb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]