Pakistanda vəziyyət yenidən gərginləşib – Şiddətli toqquşmalar – Özəl

Pakistanda vəziyyət yenidən gərginləşib.

Aktualtv.az xəbər verir ki, CNN-in məlumatına görə, keçmiş baş nazir İmran Xanın həbsindən sonra təhlükəsizlik qüvvələri ilə onun tərəfdarları arasında şiddətli toqquşmalar baş verib.

Ölkə boyu tüğyan edən etirazlar nəticəsində, artıq Kvetta şəhərində ən azı bir nəfərin öldüyü bildirilir. Birləşmiş Ştatlar və Böyük Britaniya sabiq nazirin tərəfdarlarını qanunun aliliyinə riayət etməyə çağırıb.

Qeyd edək ki, Xan təhlükəsizlik qüvvələri tərəfindən paytaxt İslamabadda Ali Məhkəmədə həbs edilib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]