ABŞ Gürcüstanı TƏHDİD EDİB – Özəl

ABŞ Rusiya ilə uçuşları bərpa edəcəyi təqdirdə Gürcüstana sanksiyalar barədə xəbərdarlıq edib.

Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

“Əgər Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu, idxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət göstərəcək Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı narahatlığımızı artıracaq”, -deyə məlumatda qeyd olunub.

Məlumatda Rusiyanın Gürcüstanın 20 faiz ərazisini işğal etdiyi də xatırladılıb. Bildirilib ki, “Putinin öz qoşunlarını Gürcüstanın işğal olunmuş ərazisindən çıxarMAması gürcü xalqı üçün birbaşa uçuşların bərpasından və ya viza rejiminin ləğvindən daha yaxşı olardı. Bütün sivil dünya Putin rejimindən yaxa qurtarmağa çalışır”.

Qeyd edək ki, Rusiya lideri Putin Gürcüstan vətəndaşlarına vizanın ləğv edilməsi və birbaşa uçuşların bərpası ilə bağlı ötən gün fərman imzalayıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]