Prezident və ailə üzvləri təhdid ediliblər – Özəl

Slovakiya Prezidenti Zuzana Çaputova və onun ailə üzvlərinə qarşı təhdidlərə görə təhlükəsizlik tədbirləri gücləndirilib.

Aktualtv.az xəbər verir ki, yaxın günlərdə ikinci beşillik prezidentlik müddətinə yenidən seçilmək istəyib-istəməyəcəyi ilə bağlı qərarını açıqlamalı olan Çaputova içində güllələr olan, təhqir və təhdid mesajları alıb.

Bundan əlavə, onun Bratislava yaxınlığındakı Pezinok şəhərindəki evinə bomba qoyulması ilə bağlı anonim məlumatlar daxil olub. 49 yaşlı dövlət başçısı və onun 19 və 22 yaşlı qızlarına qarşı ölüm təhdidləri gəlib.

Polis vəziyyəti fəal şəkildə araşdırır və prezidentə hədə-qorxu gələn şəxsləri axtarır. Hələlik heç bir ittiham irəli sürülməyib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]