İsrail Əl-Cəzirə telekanalından üzr istədi – SƏBƏB – Özəl

İsrail media qurumunun jurnalisti Şirin Əbu Aklehin öldürülməsinə görə üzr istəyib.

Aktualtv.az xəbər verir ki, “CNN”ə istinadən xəbər verir ki, o, bir il əvvəl Şirin işğal altındakı İordan çayının qərb sahilindəki İsrail hərbi əməliyyatını işıqlandırarkən başının arxasından güllə ilə öldürülmüşdü.

Keçən il səbəbkarın İsrail ola biləcəyini etiraf edən qüvvələr artıq üzrxahlıq da təqdim edib. Üzrxahlıq, Jurnalistləri Müdafiə Komitəsinin son iyirmi ildə ən azı 20 jurnalistin öldürülməsinə görə İsrail ordusunun heç bir məsuliyyət daşımadığını aşkar edən hesabatı dərc etməsindən bir neçə gün sonraya təsadüf edir.

Mətbuat vəkillik qrupu 2001-ci ildən bəri İsrail ordusunun atəşi nəticəsində ən azı 20 jurnalistin öldürüldüyünü sənədləşdirdiyini və ölənlərdən 18-nin fələstinli olduğunu bildirib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]