Qarşıdurmalarda ölənlərin sayının 822-yə yüksəlib – Özəl

Sudan həkimlərinin həmkarlar ittifaqı ölkədə baş verən qarşıdurmalarda ölənlərin sayının 822-yə yüksəldiyini bildirib.

“Toqquşmalar başlayandan mülki əhali arasında həlak olanların sayı 822 nəfərə çatıb”, – deyə bildirilir.

Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı toqquşmalar baş verib.

Ümumdünya Səhiyyə Təşkilatı qarşıdurmada həyatını itirənlərin sayının 604-ə, yaralıların sayının isə 5 min 127-yə çatdığını açıqlayıb. Birləşmiş Millətlər Təşkilatı silahlı münaqişə başlayandan bəri təxminən 200 min insanın Sudanı tərk etdiyini bildirib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]