“ABŞ və Çin sülhə və bəşəriyyətin mövcudluğuna əsas təhlükədir” – Özəl

ABŞ və Çin sülhə və bəşəriyyətin mövcudluğuna əsas təhlükədir. Çünki onlar bir-biri ilə münaqişə yolunu seçiblər.

Aktualtv.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer deyib.

O bildirib ki, iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti son dərəcə təhlükəlidir.

“Tərəflərdən heç birinin siyasi güzəşt fikri yoxdur və istənilən balanssızlıq fəlakətli nəticələrə səbəb ola bilər. Tayvan ətrafında hipotetik hərbi münaqişə nəticəsində adanın özü məhv olacaq. Biz böyük dövlətlər arasında qarşıdurmanın astanasındayıq”.-deyə keçmiş dövlət katibi qeyd edib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]