Ermənistan Baş Qərargah rəisinin sabiq müavini ittiham olunur – Özəl

Ermənistan Baş Qərargah rəisinin sabiq müavini ölkənin Müdafiə Nazirliyindən torpaq sahəsi alan zaman maxinasiyada ittiham olunur.

Aktualtv.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, general-mayor rütbəli hərbçi haqqında sözügedən torpaq sahəsini 2011-ci ildə güzəştli qiymətə alıb, bir ildən sonra isə həmin yeri bankda təxminən 100 min dollardan yuxarı məbləğ qarşılığında girov qoyub.

Bunun ardınca isə girovun məbləği artıb və bunun nəticəsində dövlətə təxminən 640 min dollar ziyan dəyib. Sabiq rəis müavininin işi baxılması üçün Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib və barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə iş açılıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]