Britaniyadan Rusiya ilə bağlı növbəti QADAĞA – Özəl

Böyük Britaniya hökuməti Rusiyadan mis, alüminium və nikelin, habelə almazların idxalına qadağa qoyur.

Aktualtv.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin yaydığı bəyanatda bildirilib.

“Biz bu ilin sonunda Rusiya almazlarının idxalını qanuni olaraq yasaqlayacağıq və Rusiya dəmir və poladına mövcud qadağalara əsaslanaraq, rusiyamənşəli mis, alüminium və nikel idxalını tamamilə dayandıracağıq”, – deyə sənəddə qeyd olunub.

Həmçinin Böyük Britaniyanın Rusiyanın büdcəsini ixrac gəlirləri ilə təmin edən hərbi-sənaye kompleksi və sahələrinə aid Rusiyanın 86 fiziki və hüquqi şəxsinə məhdudiyyətlər tətbiq edəcəyi bildirilir.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]