Ceyhun Bayramov Çavuşoğlunun atasının yas mərasimində – Foto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun yas mərasimində iştirak edib. Mərasim Alanyada baş tutub. Ceyhun Bayramov sabiq həmkarına başsağlığı verib. Qeyd edək ki, AKP-nin Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu iki gün öncə 93 yaşında vəfat edib. Onun vəfatı ilə bağlı […]

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) bu gecədən etibarən hərəkət məhdudlaşdırılacaq.  Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bu qurumun işçilərinin sayı artırıldı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ştat vahidi 146-dan 164-dək artırılır. Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi ilə bağlı yeni fərmanda əksini tapıb. O cümlədən, Dövlət Xidməti Aparatının ştat vahidi 51-dən 57-yə, […]

Övladlığagötürmə ilə bağlı yenilik

“Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiya ediləcək. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu apararkən Məhkəmə-Hüquq Şurası üzrə “Elektron məhkəmə” informasiya sistemindən də istifadə edəcək. Qeyd edək ki, […]

Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu elektronlaşdırılır

Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu yalnız elektron formada aparılacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq təqdim etməlidirlər. Qanun həmçinin “e-mühasibat” informasiya sisteminin funksiyalarını da […]

Mövqelərimiz yenidən atəşə tutuldu

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Azərbaycanın dövlət borcu açıqlanıb

Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 628,8 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 20,4 %-i qədər olub.  Bu, ötən il aprelin 1-i ilə müqayisədə 3,3 % çoxdur.  Dövlət borcunun 5 milyard 75 milyon ABŞ dolları və yaxud 8 milyard 627,5 milyon manatı xarici (ÜDM-in 6,6 %-i qədər), […]

Sahibə Qafarova MDB PA-da Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb

Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının plenar iclasında Azərbaycan xalqının faşizm üzərində tarixi qələbədə rolu haqqında danışıb. Spiker çıxışında Azərbaycan xalqının cəbhəyə 600 mindən artıq oğul və qızını göndərdiyini xatırladıb. Sahibə Qafarova bildirib ki, onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub: “Bu dəhşətli müharibədə göstərdikləri igidliyə görə 130-dan […]

Fransanın düşmən ölkə axtarışı – həbsxana qiyamlarına görə Əlcəzair və Rusiya ittiham edilir – ŞƏRH

Prezident Emmanuel Makron və komandasının yanlış idarəçiliyi və yersiz qərarlarının nəticəsində Fransa daxilində siyasi böhran pik həddə yüksəlib. Başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir. Sosial tələblər səsləndirən insanlara zor tətbiq edilir, həbs olunurlar, polis onların üzərinə atlarla hücum edir, gözyaşardıcı qazlardan, dəyənəklərdən istifadə […]