Mehriban Əliyeva 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib. Həmin paylaşımı təqdim edirik:
Bu gün Anım Günümüzdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür
Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 4 il ötür. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda […]
Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü başa çatıb – YENİLƏNİB
ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçlü görüş başa çatıb. “Report”un ABŞ bürosu xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub. Görüş mediaya qapalı keçib. 18:24ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və […]
Fransa Ermənistanın çirkin oyunlarına göz yumur
Ukraynadakı müharibə Fransa Prezidenti Emmanuel Makronun Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışında yer ayırdığı məsələlər sırasında olub. Burada da Fransa prezidenti ikili standartlar və qərəzli mövqe ortaya qoyub. O, Rusiyaya silah, sursat və ehtiyat hissələrin verilməməsinə çağırış etsə də, Ermənistanın adını çəkməyib. Makronun çıxışındakı məqamlara diqqət yetirdikdə bəzi maraqlı nüanslar üzə çıxır. Məsələn, prezident bildirib ki, […]
8 Noyabr prospektindəki məhdudiyyət aradan qaldırıldı
Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Qeyd edək ki, prospektdə avtomobillərin hərəkətinə bir müddət davam edən təmir işləri ilə əlaqədar məhdudiyyət qoyulmuşdu.
Paşinyanın BMT-dəki keşiş rolu – falçı ümidinə qalan Ermənistan – ŞƏRH
BMT dünyada ən çox tənqidə məruz qalan beynəlxalq təşkilatdır. Üzv dövlətlərin liderləri təşkilatda islahatın aparılmasını təklif edirlər. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” fikri BMT-nin yenilənməsi ilə bağlı deyilənlərin ümumiləşdirilməsi üçün əsas istiqamət ola bilər. Aktualtv.az: Bununla belə təşkilatın Baş Assambleyasının sessiyasında müxtəlif rejimlərin təmsilçiləri, başçılarının çıxışı dünyanın siyasi mənzərəsinin yaranmasına yardım […]
Tbilisi prospektində taksi duracaqları yaradılır
Taksi duracaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlanıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat yayıb. Bildirilib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcud olsa da, onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Sakinlərin də müraciətləri nəzərə alınaraq artıq paytaxtın Tbilisi prospektində taksi minik avtomobilləri üçün […]
Prezident müşavirə keçirdi
Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib. Aktualtv.az xəbər verir ki, Prezident İlham Əliyev müşavirədə çıxış edib.
Namizəd dəstəklənmədi – Ali Məclisə sədr seçə bilmədilər – Fotolar
Xəbər verdiyimiz kimi, sentyabrın 26-da VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib. İlk iclası Ali Məclisin ən qocaman deputatı Ramiz Məmmədov aparıb. İclasda Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb. Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb. Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara […]
Xaricdə təhsil alanlar imtahan verəcək
“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. Peşə tanınması üzrə növbəti imtahan 6 oktyabrda DİM-in elektron imtahanlar korpusunda kompüterlər […]