Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb, büdcə zərfi üçüncü oxunuşda müzakirə ediləcək – YENİLƏNİB

Azərbaycan Milli Məclisinin 2024-cü il 16 dekabr tarixli iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb. Gündəliyə 14 məsələ daxildir. Bunlar aşağıdakılardır: Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 16-da keçiriləcək. Bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının sonunda məlumat verib. O qeyd edib ki, gündəlik barədə ətraflı məlumat veriləcək.

Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri çərçivəsində Kiqali Soyqırımı Memorialını ziyarət edib. Leyla Əliyeva Ruanda kütləvi qətliamının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Kiqali Soyqırımı Memorialına əklil qoyub, burada nümayiş etdirilən sənədlər və materiallarla tanış olub. Bildirilib ki, 2004-cü ildən fəaliyyət göstərən memorial 1994-cü ildə ruandalıların üzləşdiyi soyqırımının qurbanlarının xatirəsini yaşatmaq, dəhşətli reallıqlara işıq […]

Jurnalistlərə xarici siyasət prioritetləri mövzusunda təlim keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib. Təlimdə əsas məqsəd Azərbaycana qarşı həyata keçirilən qara piar, həmçinin dezinformasiya kampaniyalarının önünə keçmək, medianın mümkün təhdidlər qarşısında operativlik və məlumatlılığının artırılmasına töhfə vermək olub. Konfransda açılış nitqi ilə […]

Onları 7 min manatadək cərimə gözləyir – Prezident təsdiqlədi

Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələr artırılıb. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh […]

Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydasında bəzi dəyişikliklər edilir

Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydasında bəzi dəyişikliklər edilir. Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunub. Dəyişikliyə əsasən, üç təhsil pilləsi üzrə – kolleclərdə təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək (hazırda 22), bakalavriatda təhsil alanlara – müvafiq təhsilini bitirənədək, […]

Şənbə günü Bakıya sulu qar yağacaq – PROQNOZ

Azərbaycanda dekabrın 14-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qara keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində, sulu qara keçəcəyi gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq. Atmosfer […]

Həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirilir

Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Xatırladaq ki, hazırkı qanunvericiliyə […]

Sabah Culfanın bəzi kəndlərində işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Report”un yerli bürosunun məlumatına görə, 132/110/10 kilovoltluq sistem əhəmiyyətli “Culfa” yarımstansiyasında aparılacaq cari təmir işləri ilə əlaqədar dekabrın 14-də saat 10:00-dan 11:00-a qədər Culfa şəhəri, Yaycı, Gülüstan və Dizə kəndlərində elektrik enerjisinin verilişində qısa fasilə olacaq.

Hakimlik üçün imtahan keçiriləcək

Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bildirilib ki, imtahan DİM-in Binəqədi rayonu, S.S.Axundov küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək. İmtahan kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda 378 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan […]

Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI

Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 3. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; […]