Suriyada üsyançılar Rastan şəhərinə nəzarəti ələ alıblar
Suriyada müxalifət Rastan şəhərinə nəzarəti ələ keçirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Rastan Homs əyalətinin üçüncü ən böyük şəhəridir. Qeyd edək ki, bundan əvvəl Hələb və Həma şəhərləri də müxalifət tərəfindən nəzarətə götürülüb.
ABŞ Ermənistan ordusunda islahatlara dəstəyini davam etdirəcək
Ermənistan və ABŞ-nin müdafiə nazirləri Suren Papikyan və Lloyd Ostin Pentaqonda keçirilən görüşdə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Bu barədə yerli KİV Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, S.Papikyan Ermənistanın regionda uzunmüddətli sülh əldə etmək istəyini təsdiqləyib, öz növbəsində Ostin ABŞ-nin bu səyləri dəstəklədiyini bildirib. “Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığı ilə bağlı […]
Bələdiyyəyə namizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-ya təqdim edilməsinə başlanılır
Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılır. Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Qeyd edilib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki […]
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Bakı-Sumqayıt […]
Makron hökuməti istefaya GÖNDƏRDİ
Fransa prezidenti Emmanuel Makron parlamentin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnierin hökumətin istefası tələbini qəbul edib. Məlumatı Yelisey Sarayı yayıb. Barnier yeni baş nazir təyin olunana qədər vəzifəsində qalacaq. “Bu gün baş nazir hökumətin istefası ilə bağlı Respublika Prezidentinə ərizə təqdim edib və o, qəbul edib. Mişel Barnier hökumət üzvləri ilə birlikdə yeni hökumət […]
İsrail Ermənistana səfər xəbərdarlığının səviyyəsini yüksəltdi
İsrailin Milli Təhlükəsizlik Şurası üç ölkəyə səfər xəbərdarlığını yeniləyib. Ermənistana səfər xəbərdarlığı 1-ci səviyyədən 2-yə yüksəldilib. Şuranın məlumatında qeyd olunub ki, bu barədə qərar Ermənistanda israillilərə, yəhudilərə qarşı təhdidlərin artması fonunda verilib. Ermənistanla yanaşı, Maldivə də səfər xəbərdarlığının səviyyəsi yüksəldilib. Bununla yanaşı, Braziliya ilə bağlı sözügedən xəbərdarlığın səviyyəsi endirilib.(The Times of Israel)
XİN Taylandın Milli Gününü təbrik edib
Xarici İşlər Nazirliyi Taylandı Milli Günü münasibətilə təbrik edib. Bununla bağlı XİN-in rəsmi “X” hesabında paylaşım edilib. Paylaşımda “Taylandı Milli Günü münasibətilə təbrik edirik. Milli Gününüz mübarək!” – deyə qeyd olunub.
Alen Simonyan: Azərbaycanla danışıqlar erməni tərəfinin xəbər sızdırması səbəbindən uğursuz olub
Ermənistan parlamentinin spikeri Alen Simonyan etiraf edib ki, bir sıra hallarda Azərbaycanla danışıqlar erməni tərəfinin məlumat sızdırması səbəbindən uğursuz olub. Bu barədə A.Simonyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, məlumat sızıntısının günahkarı Ermənistanın hakim partiyasının deputatı Ovik Aqazaryandır. “Baş nazir Nikol Paşinyan gəlib bizə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını danışır, baş nazir dövlət sirri […]
Pərviz Şahbazov Lənkəranda vətəndaşları qəbul edəcək
Dekabrın 13-də energetika naziri Pərviz Şahbazov Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-dan başlayaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində (ünvan: Akademik Zərifə Əliyeva küçəsi, 99) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri […]
Naxçıvan Sənaye Parkı yaradılır
Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılır. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, Park sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir; Parkın fəaliyyətinin təşkili, onun idarə […]