Bakıda bu yollarda sıxlıq var – SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; […]
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə – 200 nəfər köçürülüb. Doğma yurda qayıdan […]
Gürcüstan Aİ-yə inteqrasiyanı dayandırır
“Gürcüstan 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırır”. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət üzvləri ilə mətbuat konfransında deyib. “Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəlmişik. Həmçinin, 2028-ci ilin sonuna qədər Avropa İttifaqının istənilən büdcə qrantlarından imtina edirik. Avropaya inteqrasiya üçün maliyyəni Aİ-nin bizə sədəqə […]
“Qarabağ”ın oyununa bu qədər bilet satıldı”
Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçına 22000 bilet satılıb. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hazırda bilet satışı davam edir. Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır. Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun bu gün keçiriləcək “Qarabağ” – “Lion” […]
Qərbin növbəti planı: Ermənistan yeni avantüraya sürüklənir – ŞƏRH
Ermənistan Qərbin diktəsi ilə Azərbaycana qarşı təxribata çəkilir. Təbii ki, söhbət yeni müharibədən deyil, Azərbaycanla şərti sərhəd bölgələrdə qısamüddətli təxribatlar törətməkdən gedə bilər. Ermənistan hakimiyyəti nə müharibə aparmağa, nə də hər hansı bir uğur qazanmaq iqtidarındadır. Sadəcə, Fransa başda olmaqla Qərb və onun strukturları İrəvanı buna inandırmağa çalışır. Fransadan Ermənistana silah tədarükü, Hindistandan silah alınması, […]
Kobaxidze yenə baş nazir oldu – Gürcüstan hökuməti təsdiqləndi – SİYAHI
11-ci çağırış Gürcüstan parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi yenilənmiş hökumətə və 2025-2028-ci illər üçün “Avropa üçün yalnız sülh, ləyaqət və firavanlıq” adlı hökumət proqramına etimad göstərib. Hökumət proqramına əsasən, Gürcüstanın iki ən mühüm milli məqsədi var: ölkənin ərazi bütövlüyünü dinc yolla bərpa etmək və yoxsulluğu tamamilə aradan qaldırmaq. Proqrama dövlət siyasətinin dörd əsas istiqaməti daxildir: […]
Azərbaycan XİN Albaniyanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Albaniyanı Milli Günü münasibətilə təbrik edib. Bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib. “Albaniyanı Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Milli bayramınız mübarək”, – paylaşımda qeyd olunub.
Suqovuşan-Kəlbəcər yolunun inşası davam edir – VİDEO
İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam etdirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, uzunluğu 80 km, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı olmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə […]
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayır. MSK-nın qərarına əsasən, növbəti […]
BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr
28 noyabr 1578-ci ildə Ağsu çayı sahilində, Mollahəsən kəndi yaxınlığında Səfəvi qoşunları ilə Osmanlı dövlətinin müttəfiqi, Krım xanı Adil Gərayın qoşunları arasında döyüş olub. Səfəvi qüvvələri qalib gəlib. Krım xanı yaralanaraq əsir düşüb, onun qoşun hissələri isə Osmanlının nəzarətindəki Dərbəndə geri çəkilib. Lakin sonrakı hərbi əməliyyatlar Osmanlının üstünlüyü ilə keçdi və müharibə Səfəvilərin Şimali Azərbaycanı […]