Bu Qanuna əlavə təsdiqləndi
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Qanun təsdiqlənib. Prezident İlham Əliyev Qanunu imzalayıb.
Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı – Sərəncam
Prezident İlham Əliyev AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyeva ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, G. Baxşəliyeva AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur. Sabah onun 70 yaşı tamam olur.
Azərbaycan və İran xüsusi təyinatlıları birgə təlimdə – Fotolar
İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə “Araz – 2024” birgə taktiki təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyin məlumat yayıb, Təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksəksəviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması […]
Sabahın havası
Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq, leysan xarakterli yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır. Yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi, yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin […]
Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq
“Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə 4 milyard manat vəsait ayrılacaq”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib. “Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa-yenidənqurma əsas prioritetlərdəndir. Gələn il bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 4 milyard […]
Yuxuda üzük görmək nə deməkdir?
Yuxuda üzük görmək çox vaxt yaxşılığa və xeyirə yozulur. Nəblusinin dediyinə görə, yuxuda üzük görmək; Vəzifə qazanmaq, mülk sahibi olmaq, var-dövlət əldə etmək, böyük ruzi qazanmaq, bolluq əldə etmək kimi şeylərə işarədir. Yuxularda bir çox şey görürük. Bunlardan biri də üzükdür. Bəs, yuxuda üzük görmək nədir? Lent.az yuxuda üzük görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni […]
Əli Əsədov Qərar imzaladı
“Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qaydası”nda dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində bu Qayda ilə müəyyən edilmiş hallarla bağlı meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və […]
46 marşrutun fəaliyyəti tam bərpa edildi – Siyahı
Bu gündən Bakıda 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilib. Hərəkət sxemləri tam bərpa olunan marşrutlar aşağıdakılardır: – 1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, […]
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız tətilindən sonra ümumi təhsil müəssisələrində ilk dərs günü başlayıb. Altıgünlük iş həftəsi ilə işləyən məktəblərdə dərslər noyabrın 23-dən, beşgünlük iş həftəsi ilə işləyən məktəblərdə tədris isə noyabrın 25-dən başlayıb. Xatırladaq ki, Nazirlər Kabinetinin COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərarına əsasən […]
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün – noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür, rayonu erməni işğalçı ordusunun tərk etməsindən 4 il ötür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və […]