Prezident onları təltif etdi – Sərəncam

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər. 3-cü dərəcəli “Əmək” ordeni ilə Xəlilov Sahib Hacıbala oğlu; Nəsirov Tahir İsa oğlu; Rzayev Oqtay Bahadur oğlu; Sadıqov Nadir Ağa Cəfər oğlu; Süleymanov Fəzayıl İmaməli oğlu. “Tərəqqi” medalı ilə Cəfərov Namiq Ağamusa oğlu; […]

Mirzoyanla Araqçı görüşdü

İran və Ermənistanın xarici işlər nazirləri Abbas Araqçı ilə Ararat Mirzoyan arasında görüş keçirilib. Görüş İstanbulda “3+3” regional platformasının üçüncü iclası çərçivəsində baş tutub.  Bununla belə, nazirlərin danışıqlarının detalları açıqlanmayıb.  Araqçının digər həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Xatırladaq ki, bu gün İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platforması çərçivəsində üçüncü görüş keçirilib. Görüşdə Türkiyə, […]

COP29-da yollarda qadağalar olacaq? – Rəsmi cavab – Yenilənib

“COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib”. Bunu COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib. O qeyd edib ki, Liderlər Sammiti dövründə – 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda tənzimləmələr aparılacaq. Orxan Mahmudlunun sözlərinə görə, tənzimləmələr tətbiq ediləcək […]

Vəzifəli şəxs qəzada həlak oldu – Foto

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb. Sulduz Qəmbərzadənin sükanı arxasında olduğu “Ford” markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi “Niva”ya çırpılıb. Nəticədə Ə. Zeynalov hadisə yerində ölüb, “Ford” un sürücüsü xəsarət alıb. Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, hadisə zamanı […]

COP29 müddətində SMS icazə ilə bağlı xəbərlərə aydınlıq gətirildi

“Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”. Bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib. O qeyd […]

Neftimiz ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,13 ABŞ dolları və ya 0,17% azalaraq 75,13 dollarına bərabər olub. Xatırladaq ki, ötən gün Azərbaycan nefti 75,26 dollar təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci […]

Ruben Vardanyan barədə qərar verilib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib. Qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti uzadılıb. Cinayət işi üzrə Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və […]

Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ötür

Bu gün – oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən dörd il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi – Hacılı və Hacı İsaqlı kəndləri işğalçılardan […]

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq […]