COP29 konfrans məkanında inklüziv iştirak üçün asan infrastruktur qurulur

COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransında inklüziv mühitin yaradılması, hər kəs üçün əlçatanlığın və müyəssər şəraitin təmin edilməsi məqsədilə tədbir məkanı Bakı Stadionunda bir sıra müvafiq həllər tətbiq edir. COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlılıq siyasətinin 7 əsas öhdəliklərindən biri olan inklüzivlik və əlçatanlığın təmin edilməsi COP29 konfransının təşkili prosesində prioritet kimi nəzərə alınan amillərdəndir. […]

Bayramov “3+3” formatında görüşdə iştirak üçün Türkiyəyə getdi

17 oktyabr tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Bu haqda XİN məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 18 oktyabr tarixində İstanbul şəhərində keçiriləcək “3+3” formatında görüşdə iştirakı və çıxışı nəzərdə tutulub. Səfər çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Xətai rayonunda torpaq sürüşməsi olub

Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib. O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir: “Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək”. Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu […]

Leysan yağacaq, dolu düşəcək

Oktyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Atmosfer […]

İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu – ANALİZ

Müasir bir-biri ilə əlaqəli dünyada rəqabətədavamlı iqtisadiyyat dayanıqlı inkişafın təməl daşıdır. Azərbaycan üçün bu konsepsiya strateji yerləşməsinə və iqtisadi tarixinə görə xüsusi əhəmiyyət kəsb edir. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyindən faydalanaraq onu regional və qlobal ticarət yollarında əsas oyunçuya çevirir. Ənənəvi olaraq, ölkə iqtisadi artımı dəstəkləmək üçün təbii ehtiyatlarına, xüsusən də neft […]

Neftimizin qiyməti 75 dolları ötdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.  Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,69 % artaraq 75,26 ABŞ dolları təşkil edib. Xatırladaq ki, ötən gün Azərbaycan nefti 74,75 dollara ticarət edilib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə […]

Trampa 3-cü dəfə sui-qəsd edən şəxs erməni imiş

ABŞ-nin 45-ci prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham edilən 49 yaşlı Vem Miller istintaqa milliyyətcə erməni olduğunu açıqlayıb. O, həmçinin silahı özünümüdafiə məqsədilə gəzdirdiyini bildirib.

Füzuli Şəhəri Günüdür

Füzuli şəhərinin işğaldan azad olunmasından dörd il ötür. 4 il əvvəl bu gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən […]

Növbəti Gəncə terrorundan 4 il ötür

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür. 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə atəşə tutub. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında […]