Arayikgilin “hərbi əsir” kimi qələmə verilməsinə – XİN-dən sərt cavab

Xarici İşlər Nazirliyi Niderland parlamentinin Nümayəndələr Palatasının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələri qəbuledilməz hesab edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığının Parlamentinin əsassız qətnamələrinə və xarici işlər naziri Kaspar Veldkampın qərəzli fikirlərinə dair şərhində bildirilib. “Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının 10 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki […]

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Tunisin lideri Kays Sayidə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident, Tunis Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Tunis arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi və möhkəmlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tunis xalqının […]

Məsud Özilin Bakıya səfərinin səbəbi bəlli oldu

Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Məsud Özilin Bakıya səfərinin səbəbi bəlli olub. Bu barədə professor İrfan Gündüz mətbuat konfransında məlumat verib. Türkiyədə Məsud Özil Futbol Akademiyasını qurmaq istədiklərini deyən Gündüz bununla bağlı Bakıda görüşlər keçirdiklərini bildirib: “Azərbaycanlı azyaşlı uşaqların da bu akademiyaya cəlb olunmasını istəyirik”.

Korrupsioner avroparlamentarilər – davam edən avantürizm – ŞƏRH

Adı korrupsiya və rüşvət qalmaqallarında keçən Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli münasibəti, ermənipərəst mövqeyi dəyişmir. İkinci Qarabağ müharibəsində qələbədən sonra azğınlaşan avroparlamentarilərin Azərbaycana münasibətdə qərəzli yanaşmasının, ədalətsiz, əsassız qətnamələrinin şahidi olduq və bu proses davam edir.Humanizmdən, ədalətdən danışan AP üzvlərinin çoxu bu dəyərləri açıq-aşkar heçə sayır. Bu təşkilat Ermənistanın oyuncağına çevrilib, erməni lobbisinin göstərişləri, […]

Azərbaycan və Türkiyənin oyunları bu kanallarda

Millətlər Liqasının 3-cü turunun bugünkü matçları Azərbaycan və Türkiyə kanalları vasitəsi ilə canlı yayımlanacaq. Maçları aşağıdakı kanallardan izləyə bilərsiniz: Azərbaycan “CBC Sport” 20:00 Estoniya – Azərbaycan 22:45 Türkiyə – Monteneqro Türkiyə TV 8 22:45 Türkiyə – Monteneqro TV 8,5 22:45 Bosniya və Herseqovina – Almaniya

Sahibə Qafarova: Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndiririk

Azərbaycan Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndirir. Bunu Milli Məclisin sədri Sahibə Qafarova Tacikistana işgüzar səfəri çərçivəsində oktyabrın 11-də Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər və ənənələr birləşdirir: “Xalqlarımız həmişə sülh, əmin-amanlıq, […]

Putinlə Pezeşkianın görüşü başladı

Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş başlayıb. Görüş Türkmənistanın paytaxtı Aşqabadda keçirilir. Bu, iki ölkə liderinin ilk görüşüdür.

Kerri Makkarti: Effektiv iqlim fəaliyyətləri maliyyə imkanlarından asılıdır

İqlim fəaliyyətlərinin effektivliyi maliyyə resurslarının təmin edilməsindən asılıdır. Bunu Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri Kerri Makkarti Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib. O qeyd edib ki, iqlimlə bağlı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyacı olan bir çox ölkələrin kifayət qədər vəsaiti yoxdur: “Bu inkişaf etməkdə olan […]

DYP əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib. İdarədən verilən məlumata görə, müraciətdə deyilir: “Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda […]

“Səba” ləğv olunur

“Səba” ASC-nin səhmdarlarının oktyabrın 28-i, saat 15:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişib. Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə, eləcə də “Səba”nın və onun törəmə cəmiyyətləri -“Qarabağ Taxıl” və “Biləsuvar Aqro” MMC-lərin kreditor […]