Naxçıvanda müəllim işdən çıxarıldı – Direktora töhmət verildi
“Sosial şəbəkələrdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan iddialar Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən araşdırılıb”. Bu barədə Naxçıvan MR Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, araşdırma nəticəsində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərovanın məktəbdə sinif rəhbəri […]
“Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi”
“Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi”. Bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə söyləyib. “O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci […]
Ukraynada daha bir azərbaycanlı həlak oldu – Fotolar
Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir Azərbaycan vətəndaşı həlak olub. Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Zərdab rayon Gəndəbil kənd sakini 1995-ci il təvəllüdlü Ceyhun Qasımov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyadan Azərbaycana gətirilib və Zərdab rayonunda dəfn edilib. Qeyd edək ki, son günlərdə Rusiya-Ukrayna müharibəsi zonasında bir neçə azərbaycanlı həlak olub.
“Mənim telefonum bağlıdır” – Santuş
Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib. O, konfransda “Neftçi”də heyətə düşə bilməyən Emin Mahmudovun milliyə niyə çağırıldığı ilə bağlı suala cavab verib. “Çünki keyfiyyətli futbolçudur. Bəzi keyfiyyətlərə malikdir ki, hər futbolçuda bu yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz ki, milliyə gəlirəmsə, hər zaman […]
Prezident və xanımı Cəbrayılda açılışda iştirak etdilər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Yutubdan yenilik
Yutub “Shorts” qısa videolarının müddətini bir dəqiqədən üçə qədər artıracaq. Dəyişikliklər oktyabrın 15-dən qüvvəyə minəcək. Videohostinq rəhbərliyinin məlumatına görə, bu, məzmun yaradanlar arasında ən çox tələbat olan format olub. Bildirilib ki, yutub, həmçinin hesabın ana səhifəsində daha az “Shorts” videoların görülməsinə imkan verən funksiya da tətbiq edəcəklər.
Bakıda qətlə yetirilən məktəblinin FOTOSU
Xəbər verdiyimiz kimi, paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində 2008-ci il təvəllüdlü Həsən Quliyev qətlə yetirilib. Qətlə yetirilən yeniyetmə 71 nömrəli orta məktəbin 11-ci sinif şagirdi olub. Faktla bağlı saxlanan yeniyetmə barəsində ”qəsdən sağlamlığa ağır zərərvurma-ölümlə nəticələndikdə” maddəsi ilə cinayət işi başlanıb.
Hava Limanı yolunda sürət həddi endirildi
Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. “Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət […]
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 4 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb. Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən […]
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
Bu gün – oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 4 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə […]