UEFA Avropa Liqası: “Qarabağ” İsveç təmsilçisi ilə qarşılaşacaq

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək. Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. UEFA Avropa Liqası Liqa mərhələsi II tur 3 oktyabr 20:45. “Qarabağ” – “Malmö” (İsveç) Baş hakim: Anastasios Papapetru. Tofiq Bəhramov […]

Parlament Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair sazişi təsdiqləyəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisə daxil olub. Layihə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Erməni cinayətlərinə lal və kar qalan ABŞ: separatizmə dəstək səngimir – TƏHLİL

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik etməkdə, ölkənin suveren hüquqlarını pozmaqda davam edir. Erməni lobbisindən yemlənən dairələrin, xüsusilə Konqres üzvlərinin anti-Azərbaycan isterikası, separatçı sevgisi səngimir. Hər vəchlə Qarabağdan könüllü çıxan keçmiş separatçı rejimin qalıqlarına dəstək verilir. Yenixeber.org: Bu dəfə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi […]

Santuş millinin heyətini nə vaxt açıqlayacaq?

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun növbəti mətbuat konfransı keçiriləcək. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, portuqaliyalı mütəxəssis oktyabrın 4-də media nümayəndələrinin suallarını cavablandıracaq. Saat 11:00-da AFFA-nın inzibati binasında baş tutacaq konfrans zamanı Santuş yığmamızın heyətini açıqlayacaq. Qeyd edək ki, millimiz Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya, 14-də Bakıda Slovakiya yığması […]

İçərişəhərə yalnız onlar maşınla daxil ola biləcək

“AYNA tərəfindən İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir”. Bu barədə AYNA sədri Anar Rzayev “Report”a müsahibəsində bildirib. Onun sözlərinə görə, mütəxəssislər bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər: “Təhlillər əsasında […]

Lavrov Bülbüloğlunun sinəsinə medal taxdı – Foto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı keçmiş səfiri Polad Bülbüloğluya Vladimir Putinin fərmanı əsasında “Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə” Aleksandr Nevski ordenini təqdim edib. Təqdimat mərasimindən görüntüləri Rusiya mətbuatı bu gün yayıb. P.Bülbüloğlu öz növbəsində onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkür edib. Qeyd […]

Azərbaycanın yeni diplomatik prioriteti – Türk Dövlətləri Təşkilatı – ANALİZ

Avrasiyanın mərkəzində dərin diplomatik vəziyyət geosiyasi mənzərəni yenidən formalaşdırır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan türkdilli ölkələr arasında daha sıx əlaqələri gücləndirmək məqsədi daşıyan strateji təşəbbüsə rəhbərlik edir. Türk Dövlətləri Təşkilatı (TDT) ətrafında cərəyan edən bu təşəbbüs təkcə regional əməkdaşlıq deyil, vahid türk dünyasını yaratmaq üçün uzaqgörən səydir. 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan TDT […]

Azərbaycan idmançılarının reytinq cədvəli – Hidayət birincidir

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb. Fransanın paytaxtı Parisdə təşkil olunan yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 590 xalla ilk pillədə yer alıb. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci, Paris-2024-ün digər qalibi Zelim Kotsoyev isə 470 xalla üçüncüdür. Qeyd edək ki, sıralamaya uyğun olaraq ilk “10-luq”da […]

“Bir sıra güc mərkəzləri gərginliyin artmasında maraqlıdır”

“Azərbaycan postmüharibə dövründə Cənubi Qafqazda sülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgə yaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır”​. Aktualtv.az xəbər verir ki, bu bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib. Ə.Nağıyev bildirib ki, buna baxmayaraq dünyadakı bir sıra güc mərkəzləri hazırda bölgədə gərginliyin artırılmasında, o cümlədən Ermənistanı […]