Bu yollarda tıxac var – Siyahı

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edirik: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Mikayıl Useynov prospekti, Bayraq Meydanının […]

“Hizbullah”ın daha bir komandiri öldürüldü

İsrail Hərbi Hava Qüvvələrinin Beyruta raket zərbəsi endirməsi nəticəsində “Hizbullah” hərəkatının raket qüvvələrinin komandiri İbrahim əl-Qubaisi məhv edilib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Onunla birlikdə bu terror təşkilatının raket birləşmələrinin digər aparıcı liderləri də hücuma məruz qalıb”, – açıqlamada qeyd olunub. Qeyd edək ki, bir neçə gün öncə “Hizbullah” hərəkatının silahlı […]

İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi çox sürətlə inkişaf edir

Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Bu, Prezident İlham Əliyevin “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir […]

Üç mindən çox müəllimin maaşı artacaq

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Bu barədə Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər. Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99% davamiyyət qeydə alınıb. Qeyd edilib ki, təkrar […]

Azərbaycanda 3 yeni peşə bayramı təsis edildi

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya […]

Onları Azərbaycana təhvil verdilər

Beynəlxalq axtarışda olan altı şəxsin ölkəmizə ekstradisiyası təmin edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Orxan Afiq oğlu Həbibov, Elcan Akif oğlu Şirinov, Zülfüqar Vahid oğlu Süleymanov, Arif Rasim oğlu Vəliyev və Pərviz […]

“Qızıl top” mükafatını alacaq futbolçunun adı açıqlanıb

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatını alacaq futbolçu bəlli olub. Bu barədə İspaniyanın məşhur “Marca” nəşri məlumat yayıb. Mükafat İspaniyanın “Real” klubunun və Braziliya millisinin üzvü Vinisius Juniora veriləcək. 24 yaşlı oyunçunun artıq bundan xəbərdar olduğu vurğulanıb. Qeyd edək ki, Vinisius Junior 2023/2024 mövsümündə Madrid təmsilçisi ilə İspaniya çempionu olub. O, bundan əlavə […]

Qatar biletlərini endirimlə necə ala bilərik?

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) müştərilərinə daha çevik və münasib qiymət imkanları təqdim etmək məqsədilə 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. Bu yanaşma sərnişinlərə səyahətlərini daha rahat və sərfəli planlaşdırmağa imkan verəcək. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişəcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlər […]

Nazirlik işçilərinin say həddi artırıldı

Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi artırılıb. Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 180 ştat vahidindən 210-a qaldırılıb.

“Bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək”

Sabahdan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır. Bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib. Onun sözlərinə görə, bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% “cash back” və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və […]