Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevi qəbul edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb
Azərbaycan Prezidenti: Bizə qarşı ideoloji təxribatlar davam edir
Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir. Bu fikirləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib. “Bizə qarşı aparılan çirkin oyunları ifşa […]
Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib – YENİLƏNİB
Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib. Bu barədə məsələ VII çağırış parlamentin ilk iclasında səsverməyə çıxarılıb. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. S.Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da S.Qafarova VII çağırış Milli Məclisin […]
YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub
Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub. Bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib. Xatırladaq ki, daha əvvəl Sahibə Qafarova VI çağırış Milli Məclisin sədri olub.
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin […]
İran səfirinə hücumla bağlı Tehrandan yeni açıqlama
İran səfirinə hücum beynəlxalq hüququn pozulmasıdır. Bunu İranın BMT-dəki səfiri Əmir Səid İrəvani deyib. “Beyrutda İran səfirinə hücum beynəlxalq hüquq və diplomatik normaların açıq şəkildə pozulmasıdır. İran qətiyyətlə Livan hökuməti və xalqının yanındadır. Tehran bu cinayətlərə görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verdikləri günə qədər rahat olmayacaq”.
İsrail Qəzzada məktəbi bombaladı: 10 ölü
İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. Bu barədə “Tayms of İsrail” nəşri məlumat yayıb. Bildirilib ki, Həmas əl-Fəlah məktəbindən İsrailə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək üçün istifadə edirdi.
“Fənərbağça” “Qalatasaray”a, “Boka Xuniors” “River Pleyt”ə qarşı
Futbol üzrə dünyanın ən böyük derbilərindən ikisi bu gün baş tutacaq. Söhbət Türkiyənin “Fənərbağça”- “Qalatasaray” və Argentinanın “Boka Xuniors”- “River Pleyt” qarşılaşmalarından gedir. Türkiyədəki oyun Bakı vaxtı ilə saat 21:00-da, Argentinadakı isə 23:00-da start götürəcək. Hər iki derbi uzun illərdir dünyada maraqla izlənir. Əzəli rəqiblərin hər mübarizəsi mütəmadi olaraq nələrləsə yadda qalır. Qeyd edək ki, […]
Azadlıq Cəbhəsi Fransanın müstəmləkə zorakılığını pislədi
Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi rəsmi Parisin müstəmləkə zorakılığını pisləyib. Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi Sent-Lui qəsəbəsindən olan iki gənc kanakın öldürülməsini Kanakidəki vəziyyətin faciəvi təsviri kimi qiymətləndərib: Bəyanatda qeyd olunub ki, Fransa dövləti Numea və Matinyon müqavilələrindəki vədlərə xəyanət edərək asayişi qorumaq bəhanəsi ilə müstəmləkə rejimini saxlamaqda israr edir: “Müstəmləkə altında olan çoxsaylı yerli xalqların problemlərini […]
Təyyarədə qəribə olay: Yeməkdən siçan çıxdı, təcili eniş etdilər
“Scandinavian Airlines” aviaşirkətinin Oslo-Malaqa reysi ilə uçan təyyarəsində qəribə hadisə baş verib. Norveçdə havalanan təyyarə bu hadisəyə görə Danimarkanın paytaxtı Kopenhagenə təcili eniş edib. Belə ki, sərnişinlərə təqdim olunan yeməklərdən birinin içindən siçan çıxıb. Bəxtinə “siçanlı yemək” düşən sərnişin qablaşdırmanı açan kimi diri olan siçan tullanaraq təyyarənin kabinində gözdən itib. Bu, təhlükəsizliklə bağlı riskli vəziyyət […]