“Qarabağ” güclü kollektivdir” – “Lion”un baş məşqçisi
Lion “Olimpik”i sabah Avropa Liqasının liqa mərhələsinin 5-ci turunda “Qarabağ”la qaşılaşacaq. Fransa klubunun baş məşqçisi Pyer Sajın oyundan bir gün öncə mətbuat konfransı keçirilib. Fransalı çalışdırıcı oyunda iddialı şəkildə performans nümayiş etdirmək üçün gəldiklərini bildirib: “Oyunda iddialı şəkildə performans nümayiş etdirmək üçün gəlmişik. Burada xüsusi bir ssenari yoxdur. Oyunun qələbəmizlə bitəcəyinə ümid edirik. Adəti üzrə […]
RF XİN: Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir
Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində tərəfdaşlığın tam bərpa olunacağına ümid edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən bildirib. “Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinin alternativsiz mexanizmi olan KTMT-nin de-yure tamhüquqlu üzvüdür. Ermənistan bütün müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ümid edirik ki, […]
Seçkilərin yekun nəticəsi bu tarixdə bəlli olacaq
Səsvermə günü – yanvarın 29-da seçicilərin səsvermədə iştirakı barədə məlumatlar gündə 5 dəfə veriləcək. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib. O bildirib ki, seçkilərin yekunlarının yoxlanması gələn il fevralın 18-dək, seçkilərin yekunlarının elanı isə fevralın 23-dək başa çatacaq.
Daha bir rektor işdən çıxarıldı
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, A.Novruzov sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə deputat seçilib. O, 2020-ci ilin fevralında Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilmişdi.
Prezident onu rektor təyin etdi – Sərəncam
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Kamilə Dadaş-zadənin son iş yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub. O, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.
Yağıntılı hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində noyabrın 28-dən 29-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bununla bağlı Milli Hidrometrologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq […]
Jurnalistlərlə bağlı layihə I oxunuşdan keçdi
Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər […]
Makron Fransası beynəlxalq hüququ pozur – Korsika dilini məhdudlaşdırır – ŞƏRH
Fransada beynəlxalq hüquq və normaların pozulması adi hala çevrilib. Dünyada ən çox müstəmləkəçilik siyasəti yürüdən rəsmi Paris bu tarixi xəttə sadiq qalır. Ən çox hüququ pozulan yerlərdən biri də Korsikadır. Fransa məhkəməsi Aralıq dənizindəki adanın yerli məclislərində Korsika dilinin istifadəsini qadağan edib ki, bu da onun müstəqillik hərəkatına zərbədir. Marsel İnzibati Apellyasiya Məhkəməsinin qərarında deyilir […]
Sahil Babayev: “Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb”
Azərbaycan hökuməti son 5 ildə 4 milyon insanı əhatə edən 7 milyard manatlıq 4 sosial paket reallaşdırıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. Bundan başqa, nazir deyib ki, son 5 ildə ölkədə məşğulluq sistemində böyük transformasiya olub: “Əmək müqavilələrinin sayı 600 min ədəd artıb. […]
Sahibə Qafarovadan deputatlara irad – “Sizə qulaq asdıqca…”
Milli Məclisin sədri deputatlara irad bildirib. Spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinə münasibət bildirən millət vəkillərinə üz tutub. “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə […]