Bu yollar tıxaclıdır – Siyahı

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, “Qələbə” dairəsi istiqamətində; 5. Tbilisi prospekti, İzmir […]

Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı

Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan büdcədən maliyyələşən elmi-tədqiqat institutları siyahısından aşağıdakı qurumlar çıxarılıb: -Mərkəzi Qan Bankının Gəncə bölməsi -Mərkəzi Qan Bankının Şəki bölməsi -Mərkəzi Qan Bankının Quba bölməsi -Mərkəzi Qan Bankının Sumqayıt bölməsi -Mərkəzi Qan […]

Hakan Fidan NATO-nun Baş katibi ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb. Bu haqda Türkiyə XİN-in “X” hesabında məlumat verilib. Görüşün Ankarada baş tutduğu bildirilir. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu gün Mark Rutteni qəbul etmişdi.

Sabah bu ərazilərdə qaz olmayacaq

Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Xətai rayonunun Altay Məmmədov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Zığ yolu və Sadıqcan küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə 8 […]

Bu Qanuna əlavə təsdiqləndi

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Qanun təsdiqlənib. Prezident İlham Əliyev Qanunu imzalayıb.

Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı – Sərəncam

Prezident İlham Əliyev AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyeva ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, G. Baxşəliyeva AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur. Sabah onun 70 yaşı tamam olur.

Azərbaycan və İran xüsusi təyinatlıları birgə təlimdə – Fotolar

İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə “Araz – 2024” birgə taktiki təlimi keçirilir. Bu barədə Müdafiə Nazirliyin məlumat yayıb,  Təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksəksəviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması […]

Sabahın havası

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq, leysan xarakterli yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır. Yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi, yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin […]

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

“Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinə 4 milyard manat vəsait ayrılacaq”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib. “Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda bərpa-yenidənqurma əsas prioritetlərdəndir. Gələn il bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 4 milyard […]

Yuxuda üzük görmək nə deməkdir?

Yuxuda üzük görmək çox vaxt yaxşılığa və xeyirə yozulur. Nəblusinin dediyinə görə, yuxuda üzük görmək; Vəzifə qazanmaq, mülk sahibi olmaq, var-dövlət əldə etmək, böyük ruzi qazanmaq, bolluq əldə etmək kimi şeylərə işarədir. Yuxularda bir çox şey görürük. Bunlardan biri də üzükdür. Bəs, yuxuda üzük görmək nədir? Lent.az yuxuda üzük görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni […]