Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Daha 4 qanun layihəsi plenar iclasına tövsiyə olundu
Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov gündəliyə birinci oxunuşda 4 qanun layihəsinin daxil edildiyini bildirib. O qeyd edib ki, birinci məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Bu dəyişikliklər vergilərdə güzəştlərlə bağlıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli […]
Azərbaycan və İran əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğunun məmnunluqla vurğulandığı bildirilib: “Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb. Söhbət zamanı […]
Nazir: Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq
Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, Dünya Bankı poçt şöbələrinin fəaliyyəti üçün kredit ayırmışdı: “Bununla Mərkəzi Bank ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul idi. […]
Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib. Bu barədə qurumun “X” hesabında yazılıb: “Azərbaycanın Xocavənd rayonunun Qarakənd şəhərində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən vurulub”, – paylaşımda bildirilib.
İslandiyalı nazir müavini: İqlim dəyişikliyinin nəticələri bu sahədə əməkdaşlığı zəruri edir
İqlim dəyişikliyinin nəticələri iqlim böhranı ilə mübarizədə əməkdaşlığı zəruri edir. Bunu İslandiyanın ətraf mühit, enerji və iqlim nazirinin müavini Helqa Barodotir COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib. “2024-cü il, çox güman ki, bəşər tarixinin ən isti ili və 1,5 dərəcə həddini keçən ilk il olacaq. Bu cür istiləşmə səviyyəsinin planetimizə gətirdiyi dəyişikliklər dağıdıcıdır. Son illərdə […]
Hindistanın xarici işlər nazirinin COP29-dan GÖZLƏNTİLƏRİ – EKSKLÜZİV
COP29 konfransına dövlət rəsmiləri gəlməyə davam edir. Nazirlər müxtəlif konfranslarda iştirak edirlər, pavilyonları gəzib, təəssüratlarını bölüşürlər. Xarici nazirlərin konfransda iştirakının əsas səbəbi öz ölkələrində iqlim dəyişikliyinin nəticələrini müzakirə etmək və həll yolları tapmaqdır. COP29-da iştirak edən Hindistanın xarici işlər naziri Kirti Vardhan Singh Bizim.Media-ya konfransdan gözləntilərini açıqlayıb: “Biz, inkişaf etməkdə olan bir ölkə olaraq, iqlim […]
Rəşad Nəbiyev: “2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir”
Azərbaycan dayanıqlı nəqliyyat sistemi qurmaqda qətiyyətlidir. Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən nazirlərin mətbuat konfransında deyib. Nazir qeyd edib ki, Azərbaycanın Milli Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində “yaşıl nəqliyyat” siyasətlərinin planlaşdırılması və tətbiqi üçün praktik yollar müəyyən edilib: “Emissiyaların azaldılması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafına […]
Maliyyə naziri: “Yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur”
Azərbaycanda vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib. Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək: “Biz bu prosesə […]
Enrike Oçoa: Dünya sürətlə iqlim fəlakətinə irəliləyir
Hesabatlar göstərir ki, dünya sürətlə iqlim fəlakətinə doğru irəliləyir. Bunu Meksikanın çoxtərəfli məsələlər və insan hüquqları üzrə katibinin müavini Enrike Oçoa COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib. “Əgər qlobal temperatur 3 dərəcə artarsa, planetdə təhlükəsiz yer olmayacaq. Biz kursu dərhal dəyişməsək, bu, baş verəcək. İqlim öhdəlikləri və birtərəfli qərarlardan geri çəkilmək üçün yer yoxdur”, – […]