Zimbabvenin Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Noyabrın 15-də Zimbabve Respublikasının Milli Assambleyasının sədri Jakob Mudenda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatları Mahir Süleymanlı, Şahin İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli […]

Üçüncü kurs tələbəsi vəfat etdi

Azərbaycan Tibb Universitetinin tələbəsi Nərmin Hüseynova vəfat edib. Bu barədə universitet məlumat yayıb. O, universitetin Stomatologiya fakültəsinin III kursunda təhsil alırdı. Tələbənin dəm qazından vəfat etdiyi bildirilir.

Gia Xuxaşvili: “COP29 dünyanın firavan inkişafını müəyyən edən hadisə kimi tarixə düşəcək”

Xəbər verdiyimiz kimi Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini uğurla davam etdirir. Tədbir bir çox məqamları ilə Beynəlxalq aləm üçün yaddaqalan və əlamətdar olub. Təsadüfi deyil ki, COP29-la bağlı dünya ölkələrinin liderləri, beynəlxalq ekspertlər də müsbət fikirlər səsləndirirlər. Gürcü politoloq Gia Xuxaşvilinin COP29-la bağlı Bizim.Media-ya açıqlamasında bildirib […]

Mədəniyyət naziri: Türkiyə iqlim davayanıqlığına nail olmaq üçün əməkdaşlığa sadiqdir

Türkiyə iqlim dayanıqlığına nail olmaq yolunda əməkdaşlığa sadiqliyini təsdiqləyir. Bunu Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy COP29 çərçivəsində keçirilən nazirlərin görüşündə bildirib. “Əminəm ki, Azərbaycanın rəhbərliyi altında bu konfrans bizi iqlim dəyişikliyi probleminin həllinə və beynəlxalq ictimaiyyətin gözləntilərinin yerinə yetirilməsinə gətirib çıxaracaq. Beynəlxalq əməkdaşlıq həmçinin qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir”, […]

“Fransanın verdiyi ziyanlardan çox əziyyət çəkirik” – Yeni Kaledoniyalı qonaq

“Fransanın COP29-da iştirak etməməsi təssüf doğurur. Bir kanalizator ölkə kimi Fransanın burada iştirakı çox yaxşı olardı. Çünki onların verdiyi ziyanlardan biz daha çox əziyyət çəkirik”. Bu sözləri Bizim.Media-ya Fransanın müstəmləkəsi Yeni Kaledoniyadan gələn Vadedeu Jean Albert deyib. Bakıdakı Təşəbbüs Qrupuna COP29-a dəvət aldıqlarına görə təşəkkürünü bildirən Albert Yeni Kaledoniyada iqlim dəyişikliklərinin ətrafa vurduğu zərərlərdən söz […]

Özbəkistanın ekologiya naziri: COP29 qlobal ekoloji gündəliyi müzakirə etməyə imkan verir

Bakıda keçirilən COP29 dünya ictimaiyyətinə qlobal ekoloji gündəliyi müzakirə etmək üçün böyük imkanlar yaradıb. Bunu Özbəkistanın ekologiya naziri Əziz Abduhakimov COP29-un kuluarlarında “NEWS.ru” portalına bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi tədbiri ən yüksək səviyyədə təşkil edib. “Azərbaycanlı həmkarlarımı və dostlarımı tədbirin uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Hər şey ən yüksək səviyyədə təşkil olunub. Bu, iştirakçılar […]

Rövşən Rüstəmova yeni müavin TƏYİN EDİLDİ – DOSYE

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib. Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib. Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2011-2012-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində […]

Sülh sazişi ilə bağlı konkret razılaşma yoxdur – XİN rəhbəri

Xarici işlər naziri Ceyhun Bayramov ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında deyib ki, danışıqlar prosesinin iki komponenti var: “Biri fiziki görüşlərdir və bunun əhəmiyyəti var. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil. Dekabr, ya yanvar ayında olması […]

Ceyhun Bayramov: Ümid edirik ki, iqlim maliyyələşməsi ilə bağlı dünya dövlətlərinin gözləntisinə uyğun qərar qəbul olunacaq

Ümidliyik ki, COP29-da iqlim maliyyələşməsi ilə bağlı müsbət və dünya dövlətlərinin gözləntisinə uyğun olan qərar qəbul olunacaq. “Report”un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir xatırladıb ki, bu il keçirilən COP-un əsas mövzusu iqlim maliyyələşməsidir: “Bununla bağlı COP-a hazırlıq dövründə intensiv danışıqlar, müzakirələr aparılırdı. Bu müzakirələr hal-hazırda da davam […]

COP29-un 5-ci gününün GÜNDƏLİYİ

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. Konfransın beşinci gününün proqramını təqdim edirik: Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür. Yaşıl Zona üzrə tədbirlər: 09:30 – 10:30. Mavi […]