Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə görüşüb. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı […]
Boliviyalı siyasətçi: “İqlim maliyyələşməsi üçün 1,3 trilyon dollar tələb edilir”
“COP29-dan vacib bir gözləntimiz var. Çünki inkişaf etməkdə olan ölkələrin iqlim fəaliyyəti sahəsində hədəflərini artırmaları üçün, inkişaf etmiş ölkələrdən maliyyə dəstəyinin təmin olunmasına həqiqətən ehtiyac var. Bu, uzun illərdir yerinə yetirilməyən böyük bir öhdəlikdir”. Bu sözləri Bizim.Media-ya açıqlamasında boliviyalı siyasətçi Diego Pacheco Balanza deyib. O, konfrans zamanı iqlim dəyişmələrindən əziyyət çəkən inkişafda olan ölkələrin problemlərinin […]
Yeni ildə neçə gün iş olmayacaq?
2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı açıqlanıb. 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür. Yəni, 3 gün iş olmayacaq. 2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə təsadüf edir. Adətən belə hallarda Nazirlər Kabineti müvafiq […]
“Bakının memarlığının müxtəlifliyi şəhəri unikal edir” -Pakistanlı müşahidəçi
“Görünür ki, Bakıda keçirilən konfrans sizin üçün çox gözəl təcrübə olub”. Bu sözləri Bizim.Media-ya açıqlamasında Pakistanlı müşahidəçi Syed Ali Raza Rizvi bildirib. Onun sözlərinə görə memarlığın müxtəlifliyi, şəhərin təmizliyi və səmimi mühiti Bakını həqiqətən unikal edir: “Uzun illərdir ki, beynəlxalq tədbirləri təşkil etdiyinizi nəzərə alsaq, həqiqətən təşkilatlılıqda təcrübəli olduğunuzu demək olar. Hələ ki, adət-ənənənizlə yaxından […]
Fransa – İsrail oyunundan öncə təhlükəsizlik tədbirləri gücləndirilib
UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Fransa və İsrail yığmaları arasında keçiriləcək matçdan öncə “Stade de France” stadionunda təhlükəsizlik tədbirləri gücləndirilib. Azarkeşlərin hər hansı müdaxiləsinin qarşısını almaq üçün stadionun meydanı tikanli hasarlarla əhatə olunub. Qeyd edək ki, bu gün keçiriləcək Fransa – İsrail görüşünə 20 min bilet satılıb. Komandalar arasında III turun matçında Fransa […]
“İqlim Skaneri”nin ilkin nəticələri təqdim olunub
Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “ClimateScanner” (“İqlim Skaneri”) layihəsinin nəticələri açıqlanıb. Bu barədə COP29 çərçivəsində təşkil olunmuş “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə məlumat verilib. Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatına (INTOSAI) hazırda rəhbərlik edən […]
Rza Deqati: “Ermənistanın Azərbaycan təbiətinə vurduğu zərəri sözlə ifadə edə bilmirəm” – MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini uğurla davam etdirir. Tədbirə dünyanın müxtəlif ölkələrindən onminlərlə qonaq qatılıb. COP29-da iştirak edən tanınmış simalardan biri də dünya şöhrətli fotoqraf Rza Deqatidir. [center][img]https://azadmedia.az/uploads/posts/2024-11/1731573244_1731504328_5305249819016686297.jpg[/img][/center] Tanınmış fotoqraf konfransla bağlı düşüncələrini Bizim.Media ilə bölüşüb. Rza Deqati ilə müsahibəni təqdim edirik: – Rza […]
Bakının bu qəsəbəsinin qazı kəsiləcək
Bu gün Bakının Qaradağ rayonu, Sahil qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, “Azəristiliktəchizat” ASC-nin sifarişinə əsasən Sahil qəsəbəsində yerləşən 5 ədəd qazanxananı təbii qazla təmin edən qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəbəkəyə qoşulması, qaz xətti üzərində sayğacın və tənzimləyicinin […]
COP29-da TDT ölkələrinin ekologiya üzrə “Nazirlər Bəyannaməsi” imzalanıb
TDT nazirlər səviyyəsində ətraf mühit və dayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planına imza atıb. COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü “Nazirlər Bəyannaməsi”nin imzalanması ilə yekunlaşıb. 2024-cü ilin iyulunda Şuşada TDT-nin Dövlət başçılarının Zirvə görüşündə imzalanmış “Qarabağ Bəyannaməsi”nin davamı olaraq TDT-yə üzv dövlətlər nazirlər səviyyəsində […]
AKAF COP29-la bağlı avarçəkmə yürüşü keçirəcək
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar müxtəlif aksiya və layihələr həyata keçirib. Federasiya COP29-un baş tutduğu bu günlərdə daha bir tədbir təşkil edəcək. 17 noyabr – Milli Dirçəliş Günündə bulvarda, Bakı Avarçəkmə və Kanoe İdmanı (BAKİ) klubunun yerləşdiyi ərazidə “Təmiz suda avar çək!” […]