Bu gün Azərbaycanda Zəfər Günüdür
Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin dördüncü ildönümü – Zəfər Günü qeyd olunur. Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin […]
Bu gün Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür
Bu gün Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində […]
AZCON yaradıldı
Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında fərman imzalayıb. Frmana əsasən, Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib. Bunlar “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq […]
Hikmət Mirzəyev general-polkovnik oldu
Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevə general-polkovnik hərbi rütbəsi verilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, H.Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanıdır.
Dünya azərbaycanlılarının COP29-la bağlı bəyanatı
Dünya azərbaycanlıları COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “Biz xaricdə yaşayan azərbaycanlılar ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən ekoloji siyasəti, qlobal ekoloji böhran şəraitinin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində Azərbaycanın atdığı mühüm addımları və səmərəli fəaliyyətini təqdir edir, 11-22 noyabr 2024-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının […]
Ödənişli yoldan bu kartla keçəcəyik – Video
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın satışına başlanılır. Bu barədə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” (AAYDA) məlumat yayıb. Bildirilib ki, “Sürətli Keçid Kartı”nı Sumqayıt 2, Quba və Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı “ASAN xidmət” mərkəzlərindən, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrində yerləşən satış məntəqəsindən, eyni zamanda Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid […]
Qarabağdakı bu torpaqlar icarəyə veriləcək
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaq icarəsi haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı qanun layihəsində öz əksini tapıb. Layihədə qeyd […]
Zəfər Gününün havası açıqlanıb
Azərbaycanda noyabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı […]
Milli Məclis Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və birinci xanımı təbrik edib
Milli Məclis 8 Noyabr – Zəfər Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. Bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.
Aeroporta getmək istəyənlər bu yollardan keçməlidir – Siyahı
Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edəcək. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb. Sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur. Dəyişikliklər aşağıdakı kimidir: – 10-14 noyabr tarixlərində yalnız aviabileti olan […]