Sabah MDB ölkələrinin əməkdaşlığına təhdidlər müzakirəyə çıxarılacaq

MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 7-də keçiriləcək 12-ci görüşündə Birlik ölkələrinin əməkdaşlığına təhdidlərlə bağlı geniş məsələlər müzakirə ediləcək. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib. “Gündəlik ənənəvi olaraq zəngindir. Bir çox məsələləri müzakirə edəcəyik. Bunlar təbii ki, MDB çərçivəsində gələcək əməkdaşlığımızın inkişafına hibrid müqavimət, eləcə də təhlükəsizliklə bağlı məsələlərdir”, – o […]

Bakı metrosu COP29-un ilk günlərində sərnişinlərini 1 saat tez qəbul edəcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk 3 günündə (noyabrın 11-13-də) “Bakı Metropoliteni” QSC-nin stansiyaları sərnişinlərin girişi üçün səhər saat 05:00-da açılacaq. Bunu səhmdar cəmiyyətinin rəis müavini Hidayət Məmmədov bayram və COP29 günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib. Onun sözlərinə görə, bu addım COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən atılacaq. “Dünyanın […]

8 Noyabr prospekti bu gecədən bağlanır – Sürücülərin nəzərinə!

Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən “Neftçilər”, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb. Bildirilib ki, hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Sürücülərdən […]

Sabah Bakıya yağış yağacaq – HAVA PROQNOZU

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° […]

Dini Liderlərin Qlobal Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin yekun sənədi – Bakı Bəyannaməsi qəbul edilib. Bəyanatda deyilir: “Qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, quraqlıq, torpaqların deqradasiyası, meşə yanğınları, ətraf mühitin çirklənməsi, ərzaq təhlükəsizliyi və su qıtlığından öz dərin narahatlıqlarını […]

Prezident Bişkekdə 11-ci Zirvə Görüşündə iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak etmək üçün Prezident Administrasiyasına gedib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlət başçısını qarşılayıb.

Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq

Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr yaradılacaq. Bu barədə Bişkekdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasında qərar imzalanıb. Bildirilib ki, iclasda quruma üzv ölkələrin xarici işlər nazirləri iki sənəd – “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar” və “Türk dünyasının birliyinə töhfəyə görə Əlişir Nəvai Beynəlxalq Mükafatının Türk Dövlətləri Təşkilatına […]

Ceyhun Bayramov Bişkekdə COP29-dan danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, nazir çıxışında TDT çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və s. sahələrdə əməkdaşlığın perspektivlərinə, Azərbaycanın təşkilatın gücləndirilməsi ilə bağlı təşəbbüs və fikirlərinə, […]

Zəfər xronikası – Düşmən geri çəkilməyə məcbur edilib

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Vətən müharibəsinin noyabrın 6-na olan xronikasını təqdim edirik: – Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. […]