Saleh Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 25-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Qəbələ rayonu “10 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlərin Qəbələ rayonu “10 №-li Yol İstismarı” və Oğuz rayonu “11 №-li Yol […]

UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun oyunları keçiriləcək

UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun oyunları keçiriləcək. Turun bütün qarşılaşmaları bu gün baş tutacaq. İngiltərənin “Çelsi” komandası səfərdə Yunanıstan təmsilçisi “Panatinaikos”la üz-üzə gələcək. İtaliya təmsilçisi “Fiorentina” isə İsveçrədə “Sankt-Qallen”in qonağı olacaq. Türkiyənin “Başakşəhər” komandası Sloveniyada “Sele” ilə görüşəcək. UEFA Konfrans Liqası Liqa mərhələsi II tur 24 oktyabr 18:30. “Vikinqur” (İslandiya) – “Serkl Brügge” […]

Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Məlumata əsasən, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Sumqayıtda 9, 10, 12, 14-cü mikrorayonlarda, eləcə […]

TDT Ankaradakı terror aktını şiddətlə qınayıb – FOTO

Türk Dövlətləri Təşkilatı (TDT) Ankarada TUSAŞ-ın istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.Bununla bağlı beynəlxalq təşkilat bəyanat yayıb. “Bu xain hücumu şiddətlə qınayır, Türkiyə Cümhuriyyətinə və qardaş türk xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik”, – bəyanatda deyilr. Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət belədir: 1. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 2. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 4. Zərifə […]

XİN Türkiyədə törədilmiş terror aktını pisləyib

Azərbaycan XİN Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını pisləyib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb. “Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktını qətiyyətlə pisləyirik. Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, […]

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bakı ilə yanaşı, İspaniyanın paytaxtı Madrid də eyni ildə qitənin ən nüfuzlu klub turnirini təşkil etməkdə maraqlıdır. İspanlar həlledici qarşılaşmanı “Metropolitano” stadionunda keçirməyi planlaşdırırlar. Qeyd edək ki, rəsmi müraciətlər 19 mart 2025-ci ilə qədər təqdim olunmalıdır. […]

İlham Əliyevin təyyarəsini hərbi helikopterlər müşayiət etdi 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Prezidentin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Avropa Parlamentindən Cənubi Qafqazda sülhə zərbə: əsassız iddialar, məkrli planlar – ŞƏRH

Oktyabrın 22-də Avropa Parlamentində Azərbaycandakı vəziyyət, eləcə də Ermənistanla münasibətlərə dair dinləmələr keçirilib. Dinləmələr gözlənildiyi kimi də nəticələnib. Belə ki, bəzi Avropa siyasətçiləri növbəti dəfə Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış ediblər. Bu baxımdan, xüsusilə Avropa komissarı Nikolas Şmitin səsləndirdiyi fikirləri göstərmək olar. Belə ki, o, bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət […]