İki avantüristin görüşü – Makron Paşinyanı təlimatlandırır – ŞƏRH
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Fransaya 2024-cü ildə sayca ikinci səfərini edib. Oktyabrın 5-dək davam edəcək işgüzar səfər çərçivəsində onun Beynəlxalq Frankofoniya Təşkilatının sammitində iştirak edəcəyi bildirilir. Məlumat üçün deyək ki, sonuncu dəfə baş nazir Fransa Müqavimətinin erməniəsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinenin Parisdə Panteonda yenidən dəfn mərasimində iştirak edib. Paşinyanla yanaşı, […]
Dərmanlarla bağlı dəyişiklik nəyi dəyişəcək?
“Dərman vasitələri ilə bağlı qanuna dəyişikliklər əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaradacaq”. Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsinin […]
Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı […]
Cəbrayılda “Prestij-Kimya” MMC-nin təməli qoyuldu
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər. Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Prezident Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoydu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilir
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilir. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat”da əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri Zamiq Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi […]
Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib
Türk Dövlətləri Təşkilatı (TDT) özünü sülh və davamlı inkişafı möhkəmləndirməyə töhfə verməyə çalışan beynəlxalq münasibətlərin tamhüquqlu və nüfuzlu subyekti kimi elan edə bilib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı bəyanatında bildirilib. Qeyd olunub ki, 15 il əvvəl məhz bu gün Naxçıvan şəhərində “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması […]
İran uçuşları bərpa etdi
İranın paytaxtı Tehranın Mehrabad beynəlxalq hava limanı məhdudiyyətlər götürüldükdən sonra uçuşları bərpa edib. Məlumatı İLNA informasiya agentliyi yayıb. Məlumata görə, Yaxın Şərqdə yaranmış gərginliklə əlaqədar uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qalxıb. Bildirilib ki, bir müddət əvvəl oktyabrın 3-ü səhər saatlarınadək bütün istiqamətlərdə uçuşlar təxirə salınmışdı.
UEFA Avropa Liqası: “Qarabağ” İsveç təmsilçisi ilə qarşılaşacaq
“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək. Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. UEFA Avropa Liqası Liqa mərhələsi II tur 3 oktyabr 20:45. “Qarabağ” – “Malmö” (İsveç) Baş hakim: Anastasios Papapetru. Tofiq Bəhramov […]
Parlament Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair sazişi təsdiqləyəcək
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisə daxil olub. Layihə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.