Baş prokuror: Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialar üzrə proseslər müəyyən vaxt tələb edir

“Azərbaycanın Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar üzrə proseslər müəyyən vaxt tələb edir. Bu istiqamətdə bütün işlər prosessual qaydalara uyğun olaraq həyata keçirilir”. Bunu jurnalistlərə Baş prokuror Kamran Əliyev deyib: “Bu işlə bizim aidiyyəti dövlət qurumları məşğul olur. Biz də istintaq zamanı əldə etdiyimiz sübutları zəruri hallarda beynəlxaq məhkəmələrdə istifadə olunması üçün təqdim edirik. […]

Qəzzada həlak olan jurnalistlərin sayı açıqlandı

Qəzza zolağına edilən hücumlarda daha bir jurnalist həyatını itirib. Bu haqda Qəzza hökumətinin Media Ofisi məlumat yayıb. Bildirilib ki, bir neçə ingilisdilli KİV-də çalışan jurnalist Vəfa Əli əl-Adeini Qəzzaya hücumu zamanı həlak olub. Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 174-ə yüksəlib.

“Prezidentin çıxışı bizim üçün böyük motivasiya mənbəyidir” – Bəyanat

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) abidəsinin açılışını edib və açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış edib. Bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, Aşıq Ələsgər Qərbi […]

Putin Polad Bülbüloğlunu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Moskvadakı keçmiş səfiri Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib. Putin bununla bağlı Fərman imzalayıb. Bildirilib ki, Polad Bülbüloğlu Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində xidmətlərinə görə sözügedən ordenlə təltif edilib. Xatırladaq ki, Polad Bülbüloğlu VII Çağırış Milli Məclisin deputatı seçilib. O, ötən həftə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli […]

Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu – Foto

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Kamran oğlu Qasımov Bakı Avrasiya Universitetinin Təsisçilər Şurasının 30.09.2024-cü il tarixli qərarı ilə BAAU-nun rektoru vəzifəsinə təyin edilib. Səyavuş Qasımov yeni təyinatadək BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. S. Qasımov 2001-2005-ci illərdə BDU-nun Tarix fakültəsində bakalavriat, 2005-2007-ci illərdə magistratura səviyyələrində təhsil alıb, hər iki pilləni fərqlənmə diplomu […]

Prezident onları təltif etdi – Siyahı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşları təltif ediliblər: “Tərəqqi” medalı ilə Ələskərov Aydın Abdulla oğlu Həmzə Eldar Əkbər oğlu Rəşidov Nazim Xudaşirin oğlu “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə Acalov Ağakişi Zakir oğlu […]

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın namizədləri seçildi

Azərbaycan Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər və Elm və Təhsil nazirlikləri tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2024-2025-ci tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb.  Bu barədə XİN və ETN birgə məlumat yayıb.  Bildirilib ki, proqrama müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından […]

Məzunlardan diplom üçün pul alan müdir işdən çıxarıldı

Sosial şəbəkələrdə Gəncə Dövlət Universitetinin tələbələrindən diplomlarını götürmələri üçün pul tələb edilməsi ilə bağlı görüntülər yayılıb. Universitet görüntülərlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, görüntülərdə tələbələrdən pul tələb edən şəxs cəzalandırılıb: “Gəncə Dövlət Universitetinin Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü […]

Deputatlara vəsiqələri verildi

Xəbər verdiyimiz kimi, bu gün VII çağırış Milli Məclisinin payız sessiyasının ilk iclası keçirilir.  İclasda deputatlara vəsiqələri verilib.  Vəsiqələri parlamentarilərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov təqdim edib.