İlham Əliyev və Tatarıstanın Rəisi birgə nahar ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov birgə nahar ediblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Cari ilin yanvar-oktyabr aylarında doğulan və ölənlərin sayı açıqlanıb
Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86 min 274 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb. Bildirilib ki, doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub. Körpələrdən 2 min 800-ü əkiz, 108-i […]
Nikahların sayı azalıb – 18 minə yaxın boşanma olub
Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. Boşanmaların sayı isə dəyişməyərək […]
Rüstəm Minnixanov üç rayona traktor hədiyyə etdi
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov dekabrın 17-də Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub. Azərbaycanın iqtisadiyyatı naziri Mikayıl Cabbarov, ƏAİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov və Tatarıstanın Rəisi Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən görüş zamanı Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, unikal qanunvericilik bazası, eləcə də müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz […]
Türkiyə Ədliyyə Akademiyasının rəhbəri: Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz
Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz. Bunu Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemir “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, Türk Dövlətləri Təşkilatının nəzdində qurulmuş hüquq və ədalət sahəsində əməkdaşlığı inkişaf etdirməyə yönəlmiş təşkilatın dönəm liderliyini Türkiyədən sonra Azərbaycan yerinə yetirib: “Bu il iyun ayında […]
Baş prokuror: Türk dövlətlərinin birliyi hüquq-mühafizə orqanlarının fəaliyyətinə çox müsbət təsir edib
Tarixi, dili, dini, mənşəyi bir olan türk xalqlarının birləşməsi Türk dünyasının görkəmli nümayəndələrinin mütərəqqi ictimai-siyası fikirlərində bərqərar olmağa xidmət edir. Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən Şəbəkənin fəaliyyəti çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransda deyib. O bildirib ki, 2009-cu ildə Naxçıvan şəhərində imzalanan müqavilə […]
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində; 4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti […]
Azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibinə edilən dəyişiklikdə əksini tapıb. Aşağıdakılar Əlaqələndirmə Qərargahının yeni üzvləri olublar: – Elçin Yusubov – Xankəndi […]
Makron Fransası Gürcüstanı xaosa sürükləyir – ŞƏRH
Fransa prezidenti Emmanuel Makron “trend”dən geri qalmayaraq Gürcüstanı şantaj kampaniyasına qoşulub. O, Tbilisinin daxili işlərinə qarışmağa, etirazları dəstəkləməyə, qonşu bu ölkə ilə bağlı pozucu aktiv siyasətə başlayıb. Gürcüstanda yeni prezident seçildikdən sonra orada yenidən vəziyyəti gərginləşdirməyə, yeni siyasi böhran yaratmağa çalışılır. Bu böhranın önündə isə Fransa vətəndaşlığı olan prezident Salome Zurabişvili durur. Səlahiyyət müddəti bu […]
Prezident Bakıda yeni kilsənin tikintisindən danışdı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib. Roma Papasının sonuncu dəfə 2016-cı ildə Azərbaycana səfər etdiyini deyən dövlət başçısı həmin vaxt və özünün 2020-ci ildə Vatikana səfəri çərçivəsində Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayıb, Roma Papasını ölkəmizə səfərə dəvət edib. Səfərinin […]