Cənub Qaz Dəhlizinin idarə olunması SOCAR-a həvalə olundu

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncamda dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Neft Şirkəti səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Layihələrin səmərəli idarə olunmasını […]

“Qarabağ”ın “Elfsborq”la oyununu portuqal hakimlər idarə edəcək

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçin “Elfsborq” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb. UEFA dekabrın 12-də Borasda təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib. Matçı Antonio Nobre idarə edəcək. Ona Pedro Ribeiro və Nelson Pereira köməklik göstərəcək. Hakim-inspektor Stefano Podeski (San Marino), UEFA nümayəndəsi isə Yan Atkins (İngiltərə) olacaq.

Nazir məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirib

Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı təhsil müəssisələrində bu kimi hallarla bağlı şikayətlər olur və dərhal araşdırılır. “Report” un Sumqayıt bürosu məlumat verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, burada iki məsələ xüsusi qeyd olunmalıdır: “Birincisi, pul yığılması məsələsi yolverilməz haldır və […]

Kobaxidze: LGBT təbliğatı ilə avrointeqrasiyanı eyniləşdirmək olmaz

LGBT təbliğatı ilə Avropaya inteqrasiyanı eyniləşdirmək cəhdləri narahatlıq doğurur. Bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib. “LGBT-yə qarşı qəbul edilən qanuna gəlincə, konkret insanlar, siyasətçilər və bürokratların bu təbliğatla Avropaya inteqrasiyanı eyniləşdirməsi son dərəcə narahatlıq doğurur. Bu qanunun nəyi nəzərdə tutduğunu xatırlatmaq istərdim. Bu qanun eynicinsli tərəfdaşlıqların leqallaşdırıla bilməyəcəyini, yəni onlara qanun forması verilə bilməyəcəyini […]

Parlamentdə onlara yeni vəzifə VERİLDİ – SİYAHI

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edilib. Parlamentin bugünkü plenar iclasının gündəliyinə salınan məsələ barədə məlumat verilib. Komissiyanın 5 üzvü Milli Məclis tərəfindən təyin edilir: Ziyafət Əsgərov Arzu Nağıyev Fərid Hacıyev Əminə Ağazadə Vüqar Gülməmmədov Layihə səsə qoyularaq qəbul edilib.

Parlament toplaşdı – Gündəlikdə 15 məsələ var

[center][img]https://azadmedia.az/uploads/posts/2024-12/1733814956_1733495450_dsc_6107_1617375736.jpeg[/img][/center] Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 15 məsələ daxil edilib: 1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında. 2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası […]

Çempionlar Liqası: “Atalanta” “Real”ı, “Bayer” isə “İnter”i qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında VI turun ilk oyunları baş tutacaq. Doqquz matçla başlayacaq turda maraqlı qarşılaşmalar futbolsevərlərə izlənməsi həyəcanlı görüşlər vəd edir. İk oyun günündə aşağıdakı qarşılaşmalar keçiriləcək: 21:45 (Bakı vaxtı): “Dinamo Zaqreb” – “Seltik”21:45 (Bakı vaxtı): “Jirona” – “Liverpul” Daha sonra isə günün digər matçları 00:00-da başlayacaq: “Atalanta” – “Real Madrid”“Bayer Leverkuzen” – […]

Bu gün Buzovna, Binə və Xırdalanda 6 saat işıq olmayacaq

Bu gün Bakının Xəzər rayonu, həmçinin Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu haqda “Azərişıq” məlumat yayıb. Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin və dayaqların yenilənməsi ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. Saat 09:00-dan saat 15:00-dək Buzovna […]

20 nömrəli tam orta məktəbin ev sahibliyi ilə narkotik asılılığına qarşı mübarizə təlimi başladı

Layihə 3 ay müddətində 5 müxtəlif ali təhsil müəssisəsində maarifləndirici təlimlərin keçirilməsi planlaşdırılır. İlk təlim 20 nömrəli tam orta məktəbdə baş tutdu. Tədbiri məktəbin direktoru Esmira xanım açaraq qonaqları salamladı və narkotik asılılığına qarşı maarifləndirmə işlərinin gənclərin və yeniyetmələrin gələcəyi üçün əhəmiyyətini vurğuladı. Daha sonra Sosial İnkişaf Yardım İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri Zakir […]

Arzuolunmaz Fransa – keçmiş müstəmləkələr Makrona qarşı – ŞƏRH

Fransa tarixinin ən böhranlı günlərini yaşayır. Bir tərəfdə hökumət böhranı, digər tərəfdə xarici siyasətdə yaşanan uğursuzluqlar ölkəni xaosa aparır. Emmanuel Makronun prezidentliyi problem dalınca problem gətirir. Demokratik ənənələrdən, insan hüquq və azadlıqlarından danışan Fransa hələ də kolonializm siyasətindən əl çəkmək istəmir. Bəllidir ki, Fransa Afrika ölkələrinə müsibətlərdən başqa heç nə gətirməyib və bu tarixi sənədlərdə […]