Sabah Xaçmaz və Qubada işıq olmayacaq
Sabah Xaçmaz və Quba rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Səhmdar Cəmiyyətin Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. Quba Elektrik Şəbəkəsində (EŞ) […]
Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib
Nazirlər Kabineti “Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları” və “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, müfəttiş heyətinin hazırlığı ilə bağlı təlim proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat […]
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub. “Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə […]
Prezidentdən siyasi partiyalarla bağlı – Fərman
Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, “Siyasi partiyalar haqqında” Azərbaycanın 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycanın 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2004-cü […]
Bakı-Sumqayıt istiqamətində yeni ekspres avtobus marşrutu istifadəyə verilib
Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir. “Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi metronun “20 Yanvar” stansiyası müəyyən edilib. Əks istiqamətə isə avtobuslar […]
Bakının bir sıra yollarında tıxac var – SİYAHI
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 5. Alı […]
Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməyə hazırıq – Gürcü deputat
Azərbaycanın ilk parlamenti ölkədə parlamentarizm ənənəsinin formalaşmasında və ümumilikdə Azərbaycan Respublikasının inkişafında əhəmiyyətli rol oynayıb. Fəaliyyət müddətinin qısa olmasına baxmayaraq, ilk parlament mühüm qanunvericilik qərarlarının qəbuluna nail olub. 1918-ci ildən sonra Azərbaycanın qanunverici orqanı bir çox çətinlik və dəyişikliklərdən keçib, lakin bu gün artıq bir əsrdən çoxdur ki, ölkənin siyasi, iqtisadi və sosial tərəqqisinə böyük […]
Əsgər yaxınlarının nəzərinə! – Görüşlər məhdudlaşır
Son günlər ölkəmizdə qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu, Müdafiə və Səhiyyə Nazirliklərinin birgə məlumatında qeyd edilib. Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət […]
Neftimiz bu gün də ucuzlaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,97 ABŞ dolları, yaxud 1,29 % azalaraq 74,43 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 71,12 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından […]
Milli Məclisin sədri Belarusa səfərə dəvət olunub
Milli Məclisin sədri Sahibə Qafarova Belarusa səfərə dəvət olunub. Bunu Belarus Milli Assambleyası Respublika Şurasının Qanunvericilik və dövlət quruculuğu məsələlərinə üzrə daimi komitəsinin sədr müavini Aleksey Vasiliyev Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib. Onun sözlərinə görə, dəvət Böyük Vətən Müharibəsinin 80 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərlə bağlıdır.