Qazaxıstan Baş naziri ölkədə aviasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı göstəriş verib
Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau yaxınlığında Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL təyyarəsinin qəzaya uğramasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsini tapşırıb. Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb. “Bu hadisə onu göstərir ki, biz də uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməliyik. Həyata keçirilən tədbirlər çərçivəsində aviasiya şirkətlərimizin hava gəmilərinin ekipajlarının ixtisaslaşma səviyyəsini və s. yenidən […]
Qazaxıstan FHN: Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə Qazaxıstan FHN məlumat yayıb. Bildirilib ki, 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü daxil olmaqla həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə çatdırılıb. Məlumata əsasən, ekspertlər faciə yerində tapılan “qara qutu”nun üzərində işləyir və hadisə yerində 24 saatlıq növbə təşkil edilib. FHN-dən […]
Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
Müsəlman Ağsaqqalları Şurası Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda deyilir. “Şura Azərbaycan xalqına, Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz Uca Allahdan yaralananların tezliklə sağalmasını diləyirik”, – məlumatda […]
Rusiya FHN: Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib
Aktaudan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İl-76 təyyarəsi Moskvaya istiqamət götürüb. Təyyarə xəsarət alan 9 rusiyalı, o cümlədən bir uşağı müalicə üçün Rusiyanın paytaxtına çatdıracaq. Bu barədə Rusiyanın FHN-nin mətbuat xidməti məlumat yayıb. “Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının olduğu FHN-nin xüsusi təyyarəsi Aktau hava limanından uçub. Təyyarədə bir […]
Qazaxıstan Azərbaycan və Braziliya ilə birlikdə təyyarə qəzasını araşdıracaq
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması milli komissiya tərəfindən aparılır, orada Azərbaycan və Braziliya nümayəndələri də iştirak edəcək. Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb. “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndələri Qazaxıstana səfərə gəlib. Ərazidə işlər Azərbaycanın aviasiya hakimiyyət orqanları […]
Bu gün Azərbaycanda matəmdir
Ötən gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Qazaxıstan baş nazirinin müavini: Hazırda təyyarə qəzasında 38 nəfərin öldüyü məlumdur
Hazırda Aktauda olan Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev sərnişin təyyarəsinin qəzaya uğramasının təfərrüatlarını açıqlayıb. O, hazırda 38 ölüm faktının məlum olduğunu bildirib. “Vəziyyət o qədər də yaxşı deyil, 38 nəfər ölüb”, – Bozumbayev Aktauda Azərbaycan nümayəndə heyətinin nümayəndələri ilə görüşdə deyib.
AZAL: Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslər dayandırılır
İstintaq prosesi başa çatana qədər “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır. “Bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb. Qeyd edilib ki, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir. Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, […]
Matəm günü təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək – RƏSMİ
Matəm günü, dekabrın 26-da Azərbaycanda təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si […]
Prezident İlham Əliyev: Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var
Azərbaycan Prezidenti İlham Əliyev Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm ona, həm də Azərbaycan ictimaiyyətinə məlumat verilməli olduğunu deyib. Bunu Prezident qəza ilə bağlı keçirdiyi müşavirədə deyib. Dövlət başçısı bildirib ki, ona verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini […]