Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 12 Noyabr – Konstitusiya Günü münasibətilə foto paylaşıb. Həmin paylaşımı təqdim edirik:
Tehran həbsxanasında güney azərbaycanlı məhbus aclıq aksiyasına başlayıb
İranın paytaxtı Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq aksiyasına başlayıb. Məlumatı “Azadiran” yayıb. Bildirilib ki, Tahir Nəqəvi həbsxana nəzarətçisinin ona qarşı haqsızlığına, təzyiq və hədələrinə etiraz olaraq bu addımı atıb. Məlumata görə, noyabrın 12-də o, həbsxanada həkimə müraciət edib. Daha əvvəl ona qarşı fiziki təzyiqlər etmiş, işgəncə vermiş nəzarətçilərdən […]
COP29-da dini liderlər də iştirak edir
“Allah-təalanın bizim üçün yaratdığı dünyanı qoruyub saxlamaq hər kəsin ən müqəddəs borcudur. Hazırda dünyada baş verən hadisələr, müharibələr, qırğınlar təbiətin gələcəyinə, iqliminə təsir göstərir”. Bu fikirləri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O xatırladıb ki, COP29 iqlimlə […]
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 29 il əvvəl – 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ […]
Ərdoğan Bəşər Əsədlə bir arada
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısında iştirak edib. Sammitdə Suriya prezidenti Əsəd də iştirak edib. İki liderin Ər-Riyadda mümkün görüşü ilə bağlı rəsmi açıqlama verilməyib.
Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşdü
Baş nazir Əli Əsədov noyabrın 11-də Anqolanın vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb. Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un əhəmiyyəti vurğulanıb. Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirilib. Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
İlham Əliyev: Azərbaycan İslam dünyasının daha da birləşməsi üçün çalışır
Azərbaycan İslam dünyasının daha da birləşməsi üçün çalışır. Bunu Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündə deyib. O, İslam dünyasında bölücülük cəhdlərinin mövcudluğunu təəssüflə qeyd edib. Prezident İlham Əliyev bütün dinlərin nümayəndələrinin Azərbaycanda rahat yaşadıqlarını bildirib.
COP29-un açılış mərasimi başladı – Canlı
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının (COP29) açılış mərasimi başlayıb. Tədbiri giriş sözü ilə COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir açıb.
UNIDO nümayəndəsi: COP29 iqlim problemlərinin həlli və dayanıqlı iqtisadiyyatın yaradılması üçün mühüm platformadır
COP29 iqlim dəyişikliyi ilə mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ən mühüm platformadır və eyni zamanda ekoloji təmiz iş yerlərin açılmasını təmin edən, cəmiyyətin rifahını yüksəldən və uzunmüddətli sabitliyə töhfə verən dayanıqlı iqtisadiyyatın yaradılmasına kömək edir. Bunu BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini və Texniki Əməkdaşlıq və Davamlı Sənaye İnkişafı Direktorluğunun idarəedici direktoru […]
Bakı bulvarında görüntülənən nədir? – FOTO
Bu gün səhər saatlarında Xəzərin sahilində balinaya bənzər canlının tapılması ilə bağlı iddialar yayılıb. Sosial şəbəkələrdə sürətlə yayılan qeyri-dəqiq məlumatlarda onun kaşalot olması bildirilib. Amma sözügedən nəhəng növün Xəzərin Bakı sahilində tapılması real görünmür. Bu, sadəcə olaraq COP29-un açılış günündə həyata keçirilən bir layihədir. Məsələ ilə bağlı hələ ki, rəsmi məlumat verilməsə də, bununla sualtı […]