“Ətraf mühitin insan sağlamlığına təsiri”
İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir və vacibdir. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəni dayandırmayacaqları təqdirdə həmin prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz sonluqlara gətirib çıxaracağını anlayıblar. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail […]
Bakıda bu yollarda sıxlıq var – SİYAHI
Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; […]
Sabah Sumqayıtın bu ərazilərində işıq olmayacaq
Sabah Sumqayıt şəhərinin bir sıra yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd edilir ki, Sumqayıt Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə 110/10 kV-luq “Sumqayıt-2” yarımstansiyasında həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 31-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat […]
Latviya Prezidenti COP29-a gələcək
Latviya Prezidenti Edqars Rinkeviçs noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirakını təsdiqləyib. Bunu “Report”a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib. “Latviya Prezidenti Edqars Rinkeviçs COP29-da iştirakını təsdiqləyib. Bakıya nümayəndə heyəti ilə gələcək Prezident rəsmi açılışda və bütün əsas COP tədbirlərində iştirak edəcək”, – səfir bildirib. Onun sözlərinə görə, ümumilikdə Latviya iqlim konfransında geniş şəkildə […]
“COP29-la bağlı ingilis dilini bilən işçilərdən ibarət növbələr qurulub”
“COP29 dövründə təcili və təxirəsalınmaz tibbi yardımın Mərkəzi Çağrı Xidmətinə daxil olan müraciətləri operativ yönləndirmək üçün bir sıra addımlar atılıb”. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinqdə bildirib. Onun sözlərinə görə, COP29 tədbirinə hazırlıq üçün ingilis dilini bilən işçilərdən ibarət növbələr qurulub: “Bütün kompüterlər sazlanıb, yeni call-center avadanlıqları […]
İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edildi
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabeliyindəki iki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib. Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib. Elçin Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri […]
İsrail Prezidenti Bakıya gəlir
İsrail Prezidenti İsaak Hersoq noyabrda Bakıda keçiriləcək COP29-da iştirak edəcək. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. Bildirilib ki, o, bunu Prezident iqamətgahında İsrail nümayəndə heyəti ilə görüşündə açıqlayıb. İ. Hersoq qeyd edib ki, iqlim dəyişikliyi çox vacib məsələdir: “Ölkə müharibə şəraitində olduğu üçün bəziləri iqlim böhranı ilə bağlı müzakirələrin aparılmasını yersiz hesab […]
Bakı-Qazax yolunda böyük tıxac – FOTO
Bakı-Qazax yolunda böyük tıxac yaranıb. Hazırda ərazidə maşınların hərəkəti dayanıb. Hərəkətin hansı səbəbdən dayandığı hələlik bəlli deyil. Məsələ ilə bağlı BDYPİ-dən sayta bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində Bakı Kənar Dairəvi yolun 6-cı kilometrində uçqun təhlükəsi ilə bağlıdır: “Hazırda sürücülər fasilələrlə buraxılır. BDYPİ-nin Ekoloji nəzarəıt Bölüyü və Yol Patrul Xidmətinin əməkdaşları ərazidədir. […]
Daha bir qrup vəzifəli şəxsə cinayət işi açıldı – Həbs edilənlər var
Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan daha bir neçə vəzifəli şəxs məsuliyyətə cəlb edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycana qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai […]
Cinayət əlamətləri olmayan məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq
Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma ilə bağlı qayda müəyyənləşir. Aktualtv.az-ın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun yeni redaksiyada təklif edilən 9-cu maddəsində əksini tapıb. Layihəyə əsasən, məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) […]