Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bakı ilə yanaşı, İspaniyanın paytaxtı Madrid də eyni ildə qitənin ən nüfuzlu klub turnirini təşkil etməkdə maraqlıdır. İspanlar həlledici qarşılaşmanı “Metropolitano” stadionunda keçirməyi planlaşdırırlar. Qeyd edək ki, rəsmi müraciətlər 19 mart 2025-ci ilə qədər təqdim olunmalıdır. […]

İlham Əliyevin təyyarəsini hərbi helikopterlər müşayiət etdi 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Prezidentin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.

Avropa Parlamentindən Cənubi Qafqazda sülhə zərbə: əsassız iddialar, məkrli planlar – ŞƏRH

Oktyabrın 22-də Avropa Parlamentində Azərbaycandakı vəziyyət, eləcə də Ermənistanla münasibətlərə dair dinləmələr keçirilib. Dinləmələr gözlənildiyi kimi də nəticələnib. Belə ki, bəzi Avropa siyasətçiləri növbəti dəfə Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış ediblər. Bu baxımdan, xüsusilə Avropa komissarı Nikolas Şmitin səsləndirdiyi fikirləri göstərmək olar. Belə ki, o, bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət […]

Prezident Rusiyadadır

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Dövlət başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib. Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İlham […]

Gəncənin və digər iki rayonun prokuroru dəyişdi

Prokurorluq orqanlarında yeni təyinatlar olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilib. O, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib. Digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib. O, Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib. Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə […]

Pensiyalarla bağlı bu qərar böyük narazılıq yaradır – Deputat

Bu ilin avqustuna qədər pensiyalar bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn Şəki və Qaxda ayın 15-i verilirdi. Bayramlarda pensiyaların verilməsi bayrama uyğun olaraq tezləşdirilirdi və bayramqabağı ödənilirdi. Bunu iqtisadçı deputat Əli Məsimli deyib. O bildirib ki, pensiyaçıların xeyli hissəsinin pensiyası aşağı olsa da, onlara edilən bu jest müəyyən qədər vətəndaş […]

Azərbaycan nefti 3% bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.25 ABŞ dolları və ya 3% artaraq 76.56 dollarına bərabər olub. Qeyd edək ki, ötən gün Azərbaycan nefti 74.31 dollara ticarət edilib.

Heydər Əliyev prospektində hərəkət bərpa olundu – Foto

Heydər Əliyev prospekti, əsas yol, həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Qeyd edək ki, paytaxtın Heydər Əliyev prospektində Bağırov körpüsünün altındakı tunelin yağış suları ilə dolması səbəbindən burada nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı.

Prezident Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsvirini təsdiqlədi

“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası “Prezidentinin Təhlükəsizlik Milli Qvardiyasının Döyüş Bayrağının təsviri” təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

DYP qeyri-sabit hava şəraiti ilə bağlı yollarda qabaqlayıcı tədbirlər görür

Qeyri-sabit hava şəraiti ilə bağlı respublika əhəmiyyətli avtomobil yollarında qabaqlayıcı tədbirlər davam etdirilir. İntensiv yağan yağışlar səbəbindən respublika əhəmiyyətli avtomobil yollarında bir sıra çətinliklər yaranıb. Buna baxmayaraq, gücləndirilmiş iş rejimində çalışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlərlə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilməyib, qəza ehtimalı yüksək […]