Putinlə Pezeşkianın görüşü başladı
Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş başlayıb. Görüş Türkmənistanın paytaxtı Aşqabadda keçirilir. Bu, iki ölkə liderinin ilk görüşüdür.
Kerri Makkarti: Effektiv iqlim fəaliyyətləri maliyyə imkanlarından asılıdır
İqlim fəaliyyətlərinin effektivliyi maliyyə resurslarının təmin edilməsindən asılıdır. Bunu Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri Kerri Makkarti Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib. O qeyd edib ki, iqlimlə bağlı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyacı olan bir çox ölkələrin kifayət qədər vəsaiti yoxdur: “Bu inkişaf etməkdə olan […]
DYP əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib. İdarədən verilən məlumata görə, müraciətdə deyilir: “Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda […]
“Səba” ləğv olunur
“Səba” ASC-nin səhmdarlarının oktyabrın 28-i, saat 15:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişib. Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə, eləcə də “Səba”nın və onun törəmə cəmiyyətləri -“Qarabağ Taxıl” və “Biləsuvar Aqro” MMC-lərin kreditor […]
Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,73 % artaraq 80,38 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 79,4 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından […]
Emin Əmrullayev: “Basketbolda bir çox hədəflərə nail olmuşuq”
Bir il əvvəl arzular və hədəflər haqqında danışırdıq. Artıq bir çox hədəflərə nail olmuşuq. Bunun üçün bütün oyunçularımıza təşəkkür edirəm. Bunu Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib. Qurum rəhbəri federasiyanın hədəflərindən söz açıb: “Addım-addım, mərhələli şəkildə uğurlara irəliləməliyik. Sistemi düzgün qurmalı və mühiti formalaşdırmalıyıq. Əsas məqsədlərdən […]
Bakının məşhur məktəbinə direktor təyin olundu
Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib. Bu vəzifəyə Aygün Mikayılova gətirilib. Aygün Mikayılova əvvəllər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Avropa Liseyində direktor vəzifəsində çalışıb. Məlumatı məktəbdən təsdiq ediblər. Qeyd edək ki, Aygün Mikayılova 1973-cü ildə Bakıda anadan olub. O, Azərbaycan dili və ədəbiyyat müəllimidir. Xatırladaq ki, məktəbin əvvəlki […]
Temperatur 5-10 dərəcə enəcək, qar yağacaq – Xəbərdarlıq
Hava şəraitilə bağlı növbəti xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Azərbaycanın rayonlarında oktyabrın 11-i gündüzdən 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə […]
“Başları əlhəd daşına dəyən” ermənilər – böyüklərinin səhvlərinin qurbanları – TƏHLİL
Erməni etnik qrupunun azərbaycanlılar, türklərlə dinc-yanaşı yaşamaqdan başqa yolu yoxdur. Bu, son bir əsrdə dəfələrlə təsdiqlənib. Bir etnosun ayrıca, təcrid olunmuş şəkildə yaşamasının mümkünsüzlüyü də isbatlanıb. Ermənilərə böyükləri azı iki yüz ildir türk düşmənliyini təbliğ edir, bu ruhda yeni nəsil yetişdirirlər. Qonşuluğundakı imperiyalar qurmuş, elm, böyük mədəniyyət, ədəbiyyat və incəsənət sahibi olan qos-qocaman bir millətə […]
Laçında işçi qrupun növbəti iclası başladı
Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir. İclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir. İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının və Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, […]