Laçında işçi qrupun növbəti iclası başladı
Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir. İclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir. İclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının və Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, […]
Paşinyan imtina edib, Putin görüş üçün vaxtı dəyişib – İddia
Xəbər verdiyimiz kimi, Moskvada 8 oktyabrda keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli görüşü baş tutmayıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov belə bir görüşün nəzərdə tutulduğunu bildirsə də, “tərəflərdən birinin” razı olmaması səbəbindən görüşün alınmadığını elan etdi. “Hraparak” nəşri isə yazıb ki, Rusiya lideri Vladimir Putin Azərbaycan və […]
Mikayıl Cabbarov: “9 ayda özəl sektorda 75 min yeni iş yeri yaradılıb”
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda özəl sektorda 75 min yeni iş yeri yaradılıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib. Bundan başqa, nazir deyib ki, bugünkü tədbir gələcək innovasiyalarla bağlı danışmağa rəvac verir: “Sammit dövlət nümayəndəsi olaraq şəxsən mənim üçün böyük əhəmiyyət kəsb edir. Biz gələcəyimizi […]
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları, yaxud 0,71 % azalaraq 79,02 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 76,58 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci […]
Qərbin Bakıya təzyiqi… – Zaxarova
Qərb qüvvələrinin iqlim dəyişikliyi də daxil olmaqla müxtəlif məsələlərdə Azərbaycana təzyiq göstərmək cəhdləri faydasız və misli görünməmişdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Baku TV”nin sualını cavablandırarkən deyib.
COP29-un uğurla keçəcəyinə ümidvaram – PREZİDENT
Azərbaycan dövlətinin uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın qlobal iştirakçıları arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını ifadə edib. Bu fikirləri dövlət başçısı BMT Baş katibinin birinci müavini Amina Mohammedi qəbulu zamanı deyib. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata […]
COP29-un prezidenti BMT baş katibinin müavini ilə görüşüb
COP29-un prezidenti Muxtar Babayev BMT baş katibinin müavini Əminə Məhəmmədlə görüşüb. Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib. “COP29 sədrliyi Bakıda keçirilən Yüksək Səviyyəli Dialoq çərçivəsində Əminə Məhəmmədlə səmərəli müzakirələr aparıb”, – paylaşımda bildirilib.
Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib – YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib. Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar söhbətlərin aparıldığını deyib. Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb. Con Podesta deyib ki, COP […]
Azərbaycana qarşı “səlib yürüşü”: Bakı oyunları pozacaq – TƏHLİL
Son vaxtlar Azərbaycana qarşı təzyiqlər intensivləşib. Müxtəlif güclər, o cümlədən Fransa, ABŞ fərqli bəhanələrlə rəsmi Bakının nüfuzuna xələl gətirməyə çalışırlar. Onlar bu məqsədlə həm də Ermənistandan istifadə edirlər. İndiki məqamda hərbi-siyasi təxribatların artması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan böyük bir beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına […]
Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib
Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti Azərbaycanda işgüzar səfərdədir. Bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “İqlim dəyişikliyi ilə mübarizədə daha bir mühüm həftə Bakıda başlayır. Bu həftə ərzində diqqət COP29 danışıqlarına yekun hazırlıqlara yönəldiləcək. Nümayəndə heyətimizə Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti rəhbərlik edir”, – Britaniya […]