Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür

 İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 4 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb. Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən […]

Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

 Bu gün – oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 4 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə […]

İki avantüristin görüşü – Makron Paşinyanı təlimatlandırır – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Fransaya 2024-cü ildə sayca ikinci səfərini edib. Oktyabrın 5-dək davam edəcək işgüzar səfər çərçivəsində onun Beynəlxalq Frankofoniya Təşkilatının sammitində iştirak edəcəyi bildirilir. Məlumat üçün deyək ki, sonuncu dəfə baş nazir Fransa Müqavimətinin erməniəsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinenin Parisdə Panteonda yenidən dəfn mərasimində iştirak edib. Paşinyanla yanaşı, […]

Dərmanlarla bağlı dəyişiklik nəyi dəyişəcək?

 “Dərman vasitələri ilə bağlı qanuna dəyişikliklər əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaradacaq”.  Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bu gün keçirilən iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsinin […]

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib – YENİLƏNİB

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı […]

Cəbrayılda “Prestij-Kimya” MMC-nin təməli qoyuldu

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər. Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilir

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilir. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat”da əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri Zamiq Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi […]

Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib

Türk Dövlətləri Təşkilatı (TDT) özünü sülh və davamlı inkişafı möhkəmləndirməyə töhfə verməyə çalışan beynəlxalq münasibətlərin tamhüquqlu və nüfuzlu subyekti kimi elan edə bilib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı bəyanatında bildirilib. Qeyd olunub ki, 15 il əvvəl məhz bu gün Naxçıvan şəhərində “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması […]

İran uçuşları bərpa etdi

İranın paytaxtı Tehranın Mehrabad beynəlxalq hava limanı məhdudiyyətlər götürüldükdən sonra uçuşları bərpa edib. Məlumatı İLNA informasiya agentliyi yayıb. Məlumata görə, Yaxın Şərqdə yaranmış gərginliklə əlaqədar uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qalxıb. Bildirilib ki, bir müddət əvvəl oktyabrın 3-ü səhər saatlarınadək bütün istiqamətlərdə uçuşlar təxirə salınmışdı.