Putin Ukrayna ilə Pasxa atəşkəsini elan edib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə Pasxa atəşkəsini elan edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “Humanitar mülahizələrə əsaslanaraq, bu gün saat 18:00-dan bazar günündən bazar ertəsinə keçən gecə saat 00:00-a qədər Rusiya tərəfi Pasxa atəşkəsini elan edir. Bu müddət ərzində bütün döyüş əməliyyatlarını dayandırmağı əmr edirəm. Ukrayna tərəfinin bizim nümunəmizi izləyəcəyini düşünürük. Eyni […]

Qüdsdə Müqəddəs Od Müqəddəs Məqbərə kilsəsinə enib

Qüdsdə Müqəddəs Od Müqəddəs Məqbərə Kilsəsində enib. Ənənəvi olaraq Müqəddəs Odun enməsi Yulian təqvimi ilə İsa Məsihin dirilməsi bayramı ərəfəsində baş verir. Müqəddəs Odun enməsi Kuvukliyada baş verir. Bu, Məsihin Dirilməsi Kilsəsinin mərkəzində Müqəddəs Məqbərə mağarasını gizlədən bir ibadətgahdır. Orada xristian inancına görə İsa Məsihin dəfn yerinin yerləşdiyi bir lövhə var. 2025-ci ildə dünya pravoslavları, […]

Putindən Əsəd açıqlaması – Suriyaya verilir?

Rusiya prezidenti Vladimir Putindən Bəşər Əsədin Suriyaya ekstradisiyası ilə bağlı məsələyə aydınlıq gətirib. Suriyanın yeni  hakimiyyəti Moskvadan Bəşər Əsədin Dəməşqə  təhvil verilməsini tələb edib.Xarici medianın yazdığına görə, Dəməşqin Bəşər Əsədin ekstradisiyası tələbini Rusiya prezidenti Putin rədd edib.

İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir

İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ ilə nüvə sazişi üzrə danışıqların ikinci raundunda iştirak etmək üçün Romada səfərdədir. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, aprelin 19-da Əraqçi və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Oman nümayəndələrinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaq. Görüş hər iki tərəfin […]

KİV: Uitkoff Parisdə “Mossad”ın rəhbəri ilə görüşüb

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Parisdə İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə qeyri-rəsmi görüş keçirib. Bu barədə “Axios” portalı məlumat yayıb. Bildirilib ki, S.Uitkoff İsrail rəsmiləri ilə nüvə proqramı üzrə ABŞ-İran danışıqlarını müzakirə edib. Görüşdə Barnea və Dermer aprelin 19-da Romada İranla danışıqların ikinci […]

Putin İranın ali liderinə məktub göndərib

Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə İslam Respublikasının ali lideri Əli Xameniyə məktub göndərib. Məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Zaxarova: Fransa öz maraqları naminə Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır

Fransa Cənubi Qafqazda gərginliyi artırmaq niyyətini dəfələrlə nümayiş etdirib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, rəsmi Paris öz geosiyasi məqsədlərinə çatmaq üçün Cənubi Qafqazda gərginliyin saxlanılmasında maraqlıdır. “Bizim (rəsmi Moskva) Parisin Cənubi Qafqazda guya xoş niyyətləri barədə verdiyi təminatlara dair heç bir illüziyamız yoxdur. […]

Almaniyada jurnalistlərə “düşmən” kimi baxırlar – HESABAT

“Sərhədsiz Reportyorlar” (RSF) beynəlxalq mətbuat azadlığı təşkilatı Almaniyada 2024-cü il ərzində media nümayəndələrinə qarşı baş vermiş hücumlarla bağlı yeni hesabat yayımlayıb. Təşkilat tərəfindən hazırlanan və “Yaxın Plan 2025: Almaniyada Mətbuat Azadlığına Baxış” adlanan sənəddə ötən il ölkədə jurnalistlərə və media qurumlarına qarşı ümumilikdə 89 hücumun qeydə alındığı vurğulanır. Hücumların 75-i birbaşa media nümayəndələrinin özlərinə və […]

NYT: ABŞ İsrailin mayda İrana zərbə endirmək planını dəstəkləməyib

İsrail 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırırsa da, ABŞ Prezidenti Donald Tramp belə bir addımı dəstəkləmədiyi üçün bundan imtina edib. Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, İsrail ABŞ-nin hücumun hazırlanmasında fəal iştirak edəcəyinə və yəhudi dövlətini İranın mümkün cavab zərbəsindən qoruyacağına əmin idi. Hücum […]

Danimarka hərbçilərini Ukraynaya göndərəcək

Danimarka müxtəlif qoşun növlərindən olan hərbçilərini Ukraynaya göndərməyi planlaşdırır. Bu barədə Danimarka Quru Qoşunlarının komandanı general-mayor Peter Boysen “TV 2”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukraynaya Danimarka hərbçilərindən ibarət bir neçə komandanın göndərilməsi planlaşdırılır: “Lakin bu, sülhməramlı əməliyyat olmayacaq. Onlar təlim üçün gedəcəklər”.