Türkiyə ordusu son bir həftədə 45 terrorçu öldürüb
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimal hissəsində keçirdikləri antiterror əməliyyatı nəticəsində 45 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zəki Aktürk bildirib. Müşavirin sözlərinə görə, 2024-cü il yanvarın 1-dən indiyədək iki min 194 terrorçu öldürülüb. Aktürk bildirib ki, “Pence-kilid” əməliyyatı böyük əzmlə davam edir: “İndiyədək ümumilikdə 3 […]
Söz azadlığına dözümsüz Fransa: davam edən müstəmləkəçilik və despotizm – ŞƏRH
Söz azadlığı insanların əsas hüquq və azadlıqları sırasındadır. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə şamil edilir. Bu gün bu prinsipləri əlində dəstavüz edərək digər dövlətləri ittiham edən dövlətlər kifayət qədərdir. “Demokratiya beşiyi” Fransa bu siyahıda lider mövqeyini qoruyub saxlayır. Ötən […]
İranda neftayırma zavodunda yanğın olub, ölən və yaralananlar var
İranın Xuzistan əyalətində Şuşter rayonundakı neftayırma zavodunda baş verən yanğın nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Məlumatı “Tasnim” agentliyi yayıb. Bildirilib ki, hadisə yerinə xilasedici və yanğınsöndürənlər cəlb edilib. Məlumata görə, yanğın lokallaşdırılıb.
Hizbullah açıqladı: Bərpa olunduq və yenidən…
Hizbullah rəhbərliyində olan əsas şəxslərin ölümündən sonra təşkilat bərpa olunmağı və idarəetməni qurmağı bacarıb. Bu barədə Hizbullahın baş katibinin müavin Naim Qasem deyib. “Bərpa olunduq və idarəetməni qurduq. Boş vəzifələr yoxdur. Hər vəzifəyə əvəzetmə üçün namizəd mövcuddur”, – deyə o bildirib.
Tanınmış fəal Kemi Seba Parisdə saxlanılıb
Fransa polisi Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanı Parisdə həbs edib. Bu barədə Türkiyənin TRT telekanalı yerli KİV-ə istinadən məlumat yayıb. Məlumata görə, K.Seba dünən restoranda həmkarlarından biri ilə nahar edərkən saxlanılıb. Fransa bu məsələ ilə bağlı münasibət bildirməyib. Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən […]
Paşinyandan şok: Vətəndaşlarımızda ədalət hissi yoxdur
Ermənistan vətəndaşlarında ədalət hissi yoxdur. Ona görə də, biz hər şeyi sıfırdan başlamalıyıq. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, hökumətin vaxtı azdır və bu məqamdan başlayaraq Ermənistan vətəndaşlarının ədalət, qanunçuluq hissi və inamını gücləndirmək üçün addımlar atılmalıdır. “Bu illər ərzində hökumət ölkədə ədalətin bərqərar olması üçün İstintaq Komitəsinin imkan və səlahiyyətlərinin […]
Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək
Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçment yolu ilə vəzifədən kənarlaşdırılacağı təxmini tarix açıqlanıb. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze danışıb. “Salome Zurabişvilinin prezident postundan uzaqlaşdırılmasına cəmi iki cümə qalır. Noyabrın sonunda və ya dekabrın əvvəlində onun impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək. Zurabişvili prezident postunu standart qaydada deyil, konstitusiyanı pozan və xəyanətkar kimi tərk […]
Putinlə Pezeşkian ilk görüşdə nələri danışacaq?
“Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla Aşqabadda gözlənilən görüş zamanı ikitərəfli münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək”. Bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov vurğulayıb ki, bu, liderlərin ilk görüşü olacaq. Bunun üçün də danışıqlarda prioritet məsələ iki ölkə arasındakı münasibətlər olacaq.
Tramp Harrislə ikinci debatdan imtina etdi
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə təkrar debat keçirməyəcəyini açıqlayıb. O bildirib ki, Harris ABŞ-nin hazırkı prezidenti Co Baydenin seçdiyi kursu davam etdirmək niyyətini bəyan etdiyi üçün debat aparmaq mənasızdır. Xatırladaq ki, Trampla Harris arasında debatın ilk mərhələsi sentyabrın 10-u baş tutub. CNN-in sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63%-i Harrisin qalib […]
Danışıqlardan qaçan Ermənistan – İrəvanın saxta sülh ritorikası – ŞƏRH
Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının oktyabrın 8-də Moskvada keçirilən iclasına qatılan Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-standart addımları, kuryoz hərəkətləri ilə yadda qalıb. Gah Rusiyanın paytaxtında velosiped sürüb video paylaşıb, gah da şortla şəkil çəkdirib sosial şəbəkə hesablarında yayıb. Bunun arxasında, şübhəsiz ki, Rusiyaya yönəlik müxtəlif mesajlar gizlənir. Lakin sözügedən iclasın gündəliyində kifayət […]