Bayden səhv edir: İranda bu obyektlər vurulmalıdır!
Düşünürəm ki, Bayden səhv edir. Bu, vuracağınız hədəf deyilmi? Bu sözləri ABŞ prezidentliyinə namizəd Donald Tramp İsrailin İrandakı nüvə obyektlərinə zərbə vurmasının məqsədəuyğun olmaması barədə ABŞ Prezidenti Co Baydenin sözlərini şərh edərkən deyib. O bildirib ki, nüvə silahı ən böyük riskdir və İranın onu əldə etməsinin qarşısı alınmalıdır. Tramp əlavə edib ki, Birləşmiş Ştatlar belə […]
İsrail İranın nüfuzlu şəxslərini vuracaq – FT
İsrail İranın hücumuna cavab olaraq, neft obyektlərinə zərbə endirməklə Tehrana iqtisadi ziyan vura bilər. Bu barədə “Faynənşl Tayms” qəzeti mənbəyə istinadla məlumat yayıb. “Müxtəlif variantlar nəzərdən keçirilir, lakin İsrailin İranın neft hasilatı obyektlərinə hücum etməklə ölkəyə iqtisadi ziyan vurma ehtimalı böyükdür. İsrail alternativ olaraq İranın hücumda iştirak edən raket buraxılış qurğularını da vura bilər. Qərb […]
“Mübarizəmiz bitməyib”
Fransız kəşfiyyatı Afrikadakı müstəmləkə siyasətinə qarşı çıxanlara təzyiqi artırıb. Bunu tanınmış fəal, Fransa neokolonializminin əsas tənqidçilərindən biri olan Kemi Seba Azərbaycanın mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə deyib. “Fransız kəşfiyyatı daim bizi izləyirdi. Onlar təzyiqlərinin faydasız olduğunu başa düşəndə repressiyalar gücləndi. Onlar hətta bu strategiya çərçivəsində bizdən vətəndaşlığı almaq siyasətini tətbiq etdilər”, – K.Seba qeyd edib. […]
Erməni cinayətlərinə lal və kar qalan ABŞ: separatizmə dəstək səngimir – TƏHLİL
Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik etməkdə, ölkənin suveren hüquqlarını pozmaqda davam edir. Erməni lobbisindən yemlənən dairələrin, xüsusilə Konqres üzvlərinin anti-Azərbaycan isterikası, separatçı sevgisi səngimir. Hər vəchlə Qarabağdan könüllü çıxan keçmiş separatçı rejimin qalıqlarına dəstək verilir. Yenixeber.org: Bu dəfə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi […]
G7 liderləri Yaxın Şərqdəki böhranı müzakirə edəcək – Ev sahibi İtaliyadır
İtaliyanın baş naziri Corciya Meloni Yaxın Şərqdəki böhranı müzakirə etmək üçün G7 liderlərinin çağırışına ev sahibliyi edəcək. Bu barədə “Reuters” məlumat yayıb. Meloni kabinetinə bildirib ki, son hadisələr, o cümlədən İranın İsrailə raket zərbələri və Livanda artan qeyri-sabitliklə bağlı “dərin narahatlıq” var. Xatırladaq ki, İran İsrail ərazilərinə yüzlərlə raket atıb.
Hindistanda özəl helikopter qəzaya uğrayıb, ölənlər var
Hindistanın Mumbay şəhərindən uçan şəxsi helikopter ölkənin qərbində Pune şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu barədə Hindistan Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb. “Heritage Aviation” şirkətinin Vt-EVV qeydiyyat nömrəsi olan “Agusta 109” helikopteri qəzaya uğrayıb. Hava gəmisində iki pilot və bir texnik olub. Sərnişinlər olmayıb”, – İdarədən bildirilib. Helikopterdəkilərin hamısı həlak olub. Hadisənin başvermə şəraiti araşdırılır. […]
KİV: İsrail İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər
İranın nüvə obyektlərinə zərbə endirilməsi İsrailin öz ərazisini qarşı tərəfdən raketlərlə atəşə tutulmasına cavab ola bilər. Britaniyanın həftəlik “The Economist” və “Sky News” telekanalı hadisələrin belə ssenarini mümkün hesab edir. “Əvvəllər İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin generallarını İrana zərbənin strateji əhəmiyyətinə inandırmağa çalışsa da, bu, uğursuz alınıb. Bu gün o, bəlkə də generallara belə […]
Netanyahu vətəndaşlarına çağırış etdi
İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına müraciət edib. Netanyahu vətəndaşları bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar daxili cəbhə xidmətinin göstərişlərinə əməl etməyə çağırıb. “İsrail vətəndaşları, İranın şər oxuna qarşı kampaniya tam sürətlə davam edir… Sizdən xahiş edirəm ön cəbhə komandanlığının göstərişlərinə ciddi əməl edin, bu, həyatınızı xilas edəcək”, – o bildirib. O, həmçinin vurğulayıb ki, […]
Ukrayna müharibəsi belə bitəcək – Amerikalı senator
ABŞ-da respublikaçı senator Marko Rubio prezidentliyə namizəd Donald Trampı müdafiə edərək bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Kiyevin qələbəsi ilə deyil, danışıqlarla bitməlidir. Bu barədə “Politiko” nəşri məlumat yayıb. “Reallıq ondan ibarətdir ki, Ukraynadakı müharibə danışıqlar yolu ilə başa çatacaq, Donald Tramp Kiyevin bu danışıqlarda daha çox təsir rıçaqına malik olmasını istəyir”, – deyə Rubio […]
Pakistanda helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb
Pakistanın şimal-qərbində rusiyalı ekipajı daşıyan helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə Pakistanın “Geo.TV” telekanalı məlumat yayıb.