“Dünyada iki lider qalıb, biri mən, digəri Putin” – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada yalnız iki liderin qaldığını bildirib. Ərdoğan bu barədə Qaziantepdə gənclərlə görüşündə danışıb. O, sözügedən liderlərdən birinin özünün, digərinin isə Rusiya Prezidenti Vladimir Putin olduğunu deyib. Ərdoğan fikrini uzun müddət hakimiyyətdə olmaqları ilə əsaslandırıb: “Hazırda dünyada iki lider qalıb, mən və Putin. Bunu mən olduğum üçün demirəm, faktlara əsaslanaraq bildirirəm. […]

Əsədin sosial şəbəkələrdə yayılan fotosunun köhnə olduğu üzə çıxıb – YENİLƏNİB

Əsədin Moskvada ailəsi ilə çəkdirdiyi iddia edilən ilk fotosunun köhnə olduğu üzə çıxıb. APA xəbər verir ki, məlumata görə sözügedən fotoşəkil Əsədin 2013-cü ildə Suriyada baş verən zəlzələdən sonra xəstəxanaya getdiyi köhnə videonun skrinşotudur. *** 00:11 Sosial şəbəkələrdə Suriyanın devrilən prezidenti Bəşər Əsədin Moskvada çəkilən görüntüsü yayılıb. Rusiyanın “Telegram” kanallarında yayılan fotoda Əsədin həyat yoldaşı […]

Ukrayna Danimarkadan F-16 qırıcılarını alıb –  Zelenski

Danimarka F-16 qırıcı təyyarələrinin ikinci partiyasını Ukraynaya göndərib. Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb. “Danimarkanın Ukrayna üçün göndərdiyi F-16 qırıcılarının ikinci partiyası artıq ölkədədir”, – deyə dövlət başçısı bildirib. İkinci partiyada Kiyevə tədarük olunan qırıcıların sayı barədə məlumat verilmir. Qeyd edək ki, noyabr ayında Danimarkanın Baş naziri Mette Frederiksen altı […]

Papuaşvili: İnsanlara daş və “Molotov kokteylləri” atmaq avropalıların dinc nümayiş adlandırdığı şeylərdir

İnsanlara daş, “Molotov kokteylləri” atmaq, pirotexniki vasitələrdən insanlara qarşı istifadə etmək avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir. “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. O, Avropa siyasətçilərinə Gürcüstandakı etiraz aksiyalarında baş verən zorakılığı necə adlandırırlarsa, öz ölkələrində də eyni “dincliyi” arzulayıb. “Qoy Gürcüstan televiziyasını açsınlar, onlar Rustaveli prospektində […]

Cənubi Koreya hadisələri –Yaxın Şərqdəki maraqlar uzaqda da toqquşur – ŞƏRH

İki Koreya ikiqütblü dünyanın törəməsidir. Bu qarşıdurma nəticəsində cənubda Koreya Respublikası, şimalda Koreya Xalq Demokratik Respublikası qurulub. Cənubda anti-Qərb aksiyalar həmişə keçirilib. Əvvəllər hesab olunurdu ki, bu tədbirləri sovetlər təşkil edir. Sonra onun ünvanı dəyişdi. İndi etiraz aksiyalarının Çin, Rusiya və Şimali Koreyanın dəstəyi ilə keçirildiyi iddia olunur. İndi nə baş verir? Dekabrın 3-də Respublikanın […]

Qərb suveren dövlətlərə qarşı – “beşinci kolon” vasitəsilə Cənubi Qafqazın hədəfə alınmasının pərdəarxası – ŞƏRH

Qərb xarici ölkələrdə yaratdığı və sınaqdan keçirdiyi “beşinci kolon” vasitəsilə ölkələrin daxilində vəziyyəti pisləşdirərək gərginlik yaratmağa çalışır. Hər zamankı kimi müxtəlif dövlətlərin daxili işlərinə qarışmaq, qarşıdurma yaratmaqla məşğuldur. Bu proseslər qurban seçilən dövlətlərə ziyandan başqa heç nə gətirmir. Təmin olunan yalnız Qərbin maraqlarıdır. Onların xarici ölkələrdə öz “beşinci kolon”larını yaratmaq üçün sınaqdan keçmiş metodologiyası var. […]

Xalqdan üzr istəyib istefa verdi

Cənubi Koreyanın müdafiə naziri Kim Yong-Hyun ölkədə hərbi vəziyyətin elan olunmasından sonra yaranan vəziyyətə görə vətəndaşlardan üzr istəyib və istefa verib. Bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.  Ölkə mediasının məlumatına görə, məhz Kim Yong-Hyun Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə edib.  Xatırladaq ki, dünən Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan […]

Makronu zəif adlandırdı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu öz vəzifəsindən getməli olan zəif şəxs adlandırıb. Medvedev bu barədə öz teleqram kanalında paylaşım edib. “Fransa Prezidenti Makron hökumət böhranının öhdəsindən gələ bilmədi və getməlidir. O, zəifdir”, – deyə sədr müavini qeyd edib. D.Medvedev, həmçinin Makronun hazırda ABŞ tərəfindən dəstəkləndiyini, gələcək taleyinin isə naməlum […]

Cənubi Koreya prezidentinə qarşı impiçment proseduru başladıldı

Cənubi Koreyada altı müxalif partiya Prezident Yun Sol Yola qarşı impiçment prosedurunu başladıb. Bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.  Qaydalara əsasən, impiçment ilə bağlı təklifə səsvermə məsələnin plenar iclasda nəzərdə keçirilməsindən sonra 24-72 saat ərzində baş tutmalıdır. Sözügedən plenar iclas isə dekabrın 5-i axşam saaatlarında keçirilməlidir. Bu isə o deməkdir ki, impiçmentlə bağlı səsvermə dekabrın […]

Üç ölkə Suriya ilə bağlı görüş keçirəcək

Yaxın zamanlarda Türkiyə, Rusiya və İran Astana formatında Suriya ilə bağlı görüş keçirə bilər. Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb. Nazirlər səviyyəsində keçirilməsi gözlənilən görüşdə Suriyada vəziyyətin nizamlanması məsələsi müzakirə ediləcək. H.Fidanın sözlərinə görə, o, artıq Astana prosesinin bərpa edilməsini rusiyalı həmkarı Sergey Lavrovla müzakirə edib. O bildirib ki, format yaxın […]