Bayden oğlunu əfv etdi
ABŞ Prezidenti Co Bayden oğlu Hunter Baydeni əfv edib. Bununla bağlı xarici KİV məlumat yayıb. Baydenin bəyanatında deyilir: “Bu gün oğlum Hunter üçün əfv imzaladım. Vəzifəyə gəldiyim gündən Ədliyyə Departamentinin qərar qəbul etməsinə mane olmayacağımı dedim, oğlumun ədalətsiz şəkildə mühakimə olunmasını müşahidə etdiyim halda da sözümü tutdum.Hunterə fərqli münasibət bəsləndiyi aydındır. Onun işlərinə ittihamlar yalnız […]
Suriya ordusu üsyançıların hücumlarını dəf etdiyini bildirib – YENİLƏNİB
Suriya ordusu silahlı qruplaşmaların Suriyanın Hələb və İdlib vilayətlərində başlatdığı hücumu dəf etdiyini və hücum edənlərin ağır itkilər verdiyini bildirib. Bu barədə xarici KİV məlumat yayıb. “Qüvvələrimiz silahlı terrorçu qrupların başlatdığı böyük hücumu dəf etməyə davam edir”, – deyə ordunun bəyanatında bildirilib. Suriyada Əsəd rejimi qüvvələri ilə toqquşmaların intensivləşməsi fonunda müxalifət qüvvələri irəliləməyə davam edir. […]
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir – ŞƏRH
Qərb Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində iqtidar partiyasının qələbəsini həzm edə bilmir. İnqilab, qarşıdurma çağırışları paytaxt Tbilisini bürüyüb, hüquq-mühafizə orqanları əməkdaşlarına xəsarət yetirilir, ölkə faktiki xaosa sürüklənir. Qərb mediası və siyasi dairələrində Gürcüstanın yeni inqilabın astanasında olduğu qabardılır. Son aylar ABŞ və Avropa İttifaqı (Aİ) davamlı olaraq Gürcüstana təzyiq edir. Bu təzyiqlərin nəticəsi olaraq […]
Gürcüstan XİN-in 78 diplomatı hakimiyyətin qərarına ETİRAZ ETDİ
Gürcüstanda vəziyyət yenidən gərginləşib. Hakimiyyətin 2028-ci ilə qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlardan imtina etməsi kütləvi etirazlara səbəb olub. Gürcüstan iqtidarının Avropa və avroatlantik strukturlara qoşulması üzrə danışıqları dayandırması barədə qərarın etiraz edən insanlar küçələrə çıxıblar. Maraqlıdır ki, etirazları ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən gürcü diplomatlar da dəstəkləyib. Belə ki, Gürcüstan Xarici İşlər Nazirliyinin […]
KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası 2025-ci ilin dördüncü rübündə Qırğızıstanda keçiriləcək. “Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov qurumun sessiyasının yekunlarına dair bildirib. “Biz 2025-ci ildə regional və beynəlxalq vəziyyətə dair ümumi baxışların formalaşdırılması üçün xarici siyasət sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə diqqət yetirmək niyyətindəyik”, – S.Japarov qeyd edib. Qırğızıstan lideri […]
Ermənistanın himni dəyişir – Hökumət TƏSDİQLƏDİ
Noyabrın 28-də Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin növbəti iclası keçirlib. Aktualtv.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin bugünkü iclasında “Ermənistan Respublikasının himni haqqında” qanuna dəyişiklik layihəsi təsdiqlənib. Layihədə himnin, eləcə də onun ifası ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi təklif edilir. Himninin bir rəsmi versiyasının yaradılması təklif olunur. “Baş nazir olduğum müddətdə rəsmi tədbirlərdə himn […]
İsrail-Livan atəşkəsi: kim nə qazanıb? – TƏHLİL
Bütün savaşlar atəşkəs və danışıqlarla baş çatır. Yaxın şərqdə də gərginliyin azalması istiqamətində addım atılıb. Belə ki, noyabrın 27-si Bakı vaxtı ilə saat 12:00-dan İsraillə Livan arasında atəşkəs rejimi qüvvəyə minib. İsrailin hərbi-siyasi kabineti atəşkəsə dair sazişi təsdiqləyib. 2023-cü il oktyabrın 8-də Livandakı “Hizbullah” siyasi-silahlı qruplaşma HƏMAS-ı dəstəklədiyini bildirərək İsrailə qarşı müharibə elan etmişdi. Sazişə […]
HƏMAS da atəşkəsə hazırdır – KİV
“Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı razılaşma bağlamağa hazırdır”. Bu barədə məlumatı “France-Presse” agentliyinə hərəkatın nümayəndəsi açıqlayıb. “HƏMAS atəşkəs barədə razılaşmaya və girovların mübadiləsinə dair ciddi anlaşmaya hazırdır”, – deyə adı açıqlanmayan mənbə qeyd edib. Xatırladaq ki, bu gün səhər saatlarından İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib.
İsraillə “Hizbullah” arasında atəşkəs qüvvəyə mindi
İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib. Bu barədə məlumatı “Əl-Cəzirə” telekanalı yayıb. Razılaşmanın yerli vaxtla 04:00-da (Bakı vaxtı ilə 06:00) qüvvəyə mindiyi bildirilib. Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarətini nəzərdə tutur. İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini […]
Polşa Prezidenti: İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırıq
Polşa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdır. Bunu Polşa Prezidenti Andjey Duda İrəvanda erməni həmkarı Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda sülh Avropa qitəsi üçün də vacibdir. “Əgər buna ehtiyac olarsa, biz Azərbaycanla münasibətlərin normallaşmasına kömək etməyə hazırıq. Ermənistan həmişə Polşaya bel bağlaya bilər”, – A.Duda […]